Sosial
“Azəriqaz" şəhid ailələrinin istəyini nəzərə aldı - Qaz olmayan kənddə aksiya
Yardımlı rayonunun Zevin kəndindən olan bir neçə şəhid ailəsinin keçirilən "Açıq mikrofon" aksiyasında iştirak etmək istəyi nəzərə alınıb.
Publika.az "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri adıçəkilən kəndə gedərək şəhid ailələri ilə görüşüblər.
Şəhid valideynləri və bir qrup kənd sakinləri ilə keçirilən görüşdə vətəndaşlar aksiyanın Zevin kəndində davam etdirdiklərinə görə SOCAR rəhbərliyinə təşəkkür ediblər.
Şəhid atası Yadigar Rufullayev, Hamil Sirbəyov, Tahir Feyziyev və şəhid qardaşı Faiq Feyziyev, eləcə də təqaüdçü müəllim Səyədxan Ağayev çıxış edərək Zevin kəndinin növbəti ilin qazlaşma planına salınması ilə bağlı müraciətlərini Birliyin baş direktoruna çatdırılmasını xahiş ediblər. Şəhid ailələri göstərilən diqqətə görə Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyinə təşəkkür ediblər.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)


























