Sosial
Müharibə iştirakçısı "Azəriqaz"a müraciət etdi - Köməklik göstərin... - FOTO
“Torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsinin iştirakçısıyam. Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Müharibə veteranı kimi sizdən xahiş edirəm ki, SOCAR "Azəriqaz" İstehsalat Birliyində müvafiq işlə təmin olunmağımda mənə köməklik göstərəsiniz".
Publika.az xəbər verir ki, bu sözləri Şamaxı rayonunun Məlikçobanlı kənd sakini Eltac Heydərov bu gün keçirilən "Açıq mikrofon" aksiyası zamanı bildirib.
Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin rəisi Osman Behbudov işə qəbul prosesi ilə bağlı Vətən müharibəsi iştirakçısına ətraflı məlumat verib.
Görüşə Hacıqədirli, Nağaraxana, Məlikçobanlı, Quşçu və Qəleybuğurd kəndlərindən qatılan sakinlər qapı keçidinin quraşdırılması, küçə qaz xəttinin çəkilişi, işə qəbul, fərdi qazlaşma ilə bağlı müraciət ediblər.
Regional İdarənin rəhbərliyi tərəfindən hər bir vətəndaş fərdi qaydada dinlənilib, qeydlər aparılaraq sakinlərə lazımi məlumatlar verilib.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)


























