Sosial
"OBA" çörəyin qiymətini ÖZBAŞINA QALDIRIB? - FOTOFAKT
"OBA" marketlər şəbəkəsində 65 qəpiklik çörək 1 manata satılır.
Publika.az-ın verdiyi məlumata görə, "OBA" marketlər şəbəkəsinin Bibiheybət qəsəbəsindəki "Jurnalistlərin binası"nın həyətində yerləşən satış mərkəzində çörək yeni qiymətlərlə satılmağa başlayıb. Axşam saat 20:30 radələrində bu mağazadan alış-veriş edən saytımızın əməkdaşına 65 qəpiklik "Alman çörəyi"nin təxminən iki saat əvvəl bahalaşdığı və artıq 1 manata satıldığı bildirilib. Kassadakı satıcı xanım qiymət artımı barədə göstərişin yuxarıdan gəldiyini söyləyib.
Satıcı həmin "Alman çörəyi"nin qiymətinin artıq kompüterdə əvvəlcə 1 manat, az sonra isə 95 qəpik göstərildiyini bildirib. Yəni, nə az, nə çox, 50 faiz bahalaşma!
İş vaxtının bitdiyini nəzərə alaraq, sabah "OBA"nın bu şübhəli və müəmmalı "qiymət siyasətini" müvafiq qurumların köməyi ilə tam araşdırıb, oxucularımıza əlavə məlumat verəcəyik.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi











.jpg)




.jpg)

















.jpg)

.jpg)