Sosial
"OBA" rəsmisi çörəyin bahalaşmasının səbəbini açıqladı
"Xammalın bahalaşması çörək istehsalçılarını məhsulun qiymətini qaldırmağa vadar edib"
Publika.az-a bu sözləri “OBA” marketlər şəbəkəsinin PR meneceri Kamilə Məhərrəmli dünən axşam saytımızda yayımlanan xəbərlə bağlı ("OBA" çörəyin qiymətini ÖZBAŞINA QALDIRIB? - FOTO/FAKT) açıqlamasında söyləyib.
Onun sözlərinə görə, yayımlanan fotodakı qiymətlik “Alman çörəyi”nə aid deyil:
“Hazırda “OBA” marketlər şəbəkəsində “Çörəkçi” zavoduna aid 450 qramlıq “Alman çörəyi”nin satış qiyməti 85 qəpik, “N1” zavoduna aid 450 qramlıq “Alman çörəyi”nin satış qiyməti 95 qəpik təşkil edir. Mövcud durumda xammalın qiymət artımı çörək istehsalçılarını məhsulun qiymətinin qaldırılmasına vadar edir. “OBA” marketlər şəbəkəsi olaraq, verilən tövsiyə qiymətlərini rəfdə sərgiləyirik. Fotodakı 65 qəpiklik qiymətlik isə 600 qramlıq zavod çörəyinə aiddir və bu aydın şəkildə görünür. Həmçinin qeyd edim ki, marketlərimizdə rəf qiyməti ilə kassa çıxış qiyməti fərqli olduqda (barkod, marka adı, ölçü vahidi miqdarı eyni olarsa) ucuz olan qiymət keçərlidir. Əgər müştərilərimiz hər hansı bir problemlə üzləşərsə, *2016 çağrı mərkəzimizlə əlaqə saxlaya bilərlər”.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi











.jpg)




.jpg)

















.jpg)

.jpg)