Sosial
İlk sığorta ödənişləri başlandı
Aqrar Sığorta Fondu tərəfindən sığorta hadisələrinin baş verdiyi bitkiçilik təsərrüfatlarında zərərlərin qiymətləndirilməsi prosesi yekunlaşmaq üzrədir.
Publika.az bildirir ki, bu barədə Aqrar Sığorta Fondundan verilən məlumata görə, artıq dəymiş zərərin 2 500 000 manatı ötdüyü təsdiqini tapıb. Aqrar Sığorta Fondu tərəfindən qiymətləndirilməsi tamamlanmış payızlıq əkin sahələri üzrə aqrar sığorta ödənişlərinə başlanılıb. İlk sığorta dənişləri Neftçala rayonundan olan fermerlərə təqdim edilib. Rayonun Xəzər kəndi ərazisində sığortalanmış ərazilər əsasən sel, subasma və 3-cü şəxlərin hərəkətlərindən ziyan çəkib. Zərərlərin qiymətləndirilməsi 2 mərhələdə fermerlərin iştirakı ilə müstəqil ekspertlər tərəfindən həyata keçirilib.
Neftçala rayonu kənd təsərrüfatı sahəsində risklər baxımından həssas bölgə hesab olunur. Ötən mövsüm sığortalanmamış bir çox əkin sahələri də zərərə məruz qalsa da, yalnız sığorta xidmətlərindən faydalanan fermerlər öz gəlirlərini qoruya biliblər.
Sığorta ödənişlərinin həyata keçirilməsinə həsr olunmuş tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, dövlət dəstəyi ilə aqrar sığortanın tətbiqi getdikcə genişlənir, əkin sahələrini və heyvanlarını sığortalayan fermerlərin sayı artmaqdadır. Əkin sahələri üzrə də ödənişlərin həyata keçirilməsi aqrar sığorta mexanizminin tam həcmdə işə düşdüyünü və fermerlərin qazancını qoruduğunu göstərir.
Qeyd edək ki, hazırda Aqrar Sığorta Fondu tərəfindən 48 məhsul və 29 risk üzrə sığorta təminatı təqdim olunmaqdadır. Bitkiçilik məhsulları bir çox risklərdən o cümlədən dolu, fırtına, qasırğa, sel və ya subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları və sair hallardan sığortalanır. Kənd təsərrüfatı heyvanlarının sığortlandığı risklər siyahısı da olduqca genişdir. Bura yoluxucu xəstəliklər, ilan və həşərat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, vəhşi heyvanların hücumu, təbii fəlakətlər və yanğın, məcburi kəsim və s. risklər aiddir. Fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50 faizini dövlət ödəyir.
Kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsi istehsalın davamlılığını təmin edən əsas və vacib amildir. Kənd təsərrüfatı sahələrinin baş verə biləcək risklərdən sığortalanması bölgələrdə məşğulluğun artırılmasına, ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə, kənd təsərrüfatı sahəsində ixrac potensialının yaxşılaşdırılmasına imkan verəcək.
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var
-
Nida Xəbər 09:33DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi






_4155e4c714f9d3fb787af0d3d72eb9b4.jpg)





.jpg)




.jpg)






.jpg)













