Sosial
FHN-də operativ müşavirə keçirildi - VİDEO
Fövqəladə Hallar Nazirliyində nazir general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Publika.az xəbər verir ki, Nazirlər Kabineti Aparatının Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov və FHN-in aidiyyəti struktur bölmə və qurumlarının rəhbər heyətinin iştirak etdiyi müşavirədə son zamanlar meşələrdə baş verən yanğınlar və onların səbəbləri geniş müzakirə edilib.
Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov ölkədə son dövrlər baş verən meşə yanğınları barədə danışaraq bu yanğınların ilk növbədə qlobal istiləşmənin təsirindən qaynaqlandığını diqqətə çatdırıb. Bununla yanaşı, nazir qeyd edib ki, qlobal istiləşmənin təsirindən əlavə, yanğınların baş verməsinin əsas səbəbi insan faktoru olaraq qalır. Bəzi insanların sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və məsuliyyətsiz davranışı milli sərvətimiz olan meşələrdə yanğınların baş verməsinə, onilliklər ərzində formalaşmış meşə fondumuza, flora və faunaya ziyan vurulmasına gətirib çıxarır. Odur ki, meşə yanğınlarının qarşısının vaxtında alınması üçün bütün aidiyyəti qurumların əlaqəli şəkildə fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir.
Sonra ölkədə meşəlik ərazilərdə baş verən yanğınların söndürülməsi istiqamətində həyata keçirilən tədbirlərə dair FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov, meşə yanğınlarının profilaktikası və yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov məruzə ilə çıxış ediblər.
Sonda nazir Kəmaləddin Heydərov yanğınların qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, həmçinin meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı normativ hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması barədə Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO








.jpg)

























