Sosial
İstifadəyə yararsız 23 ton toyuq ayağı məhv edildi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Publika.az bildirir ki, Agentliyin məlumata görə, Belarus Respublikasına ixrac üçün nəzərdə tutulmuş “Sunaz” MMC-yə məxsus dondurulmuş toyuq ayaqlarından Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitununun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində məhsullarda salmonella aşkar edilib. Faktla bağlı məhsulların məhv edilməsi barədə qərar qəbul olunub, ümumi çəkisi 23100 kq məhsul “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO










.jpg)

























.jpg)

.jpg)