Sosial
SOSİAL XİDMƏTÇİ institutu necə işləyir? - Agentlikdən AÇIQLAMA - FOTO
Bu il Agentlik tərəfindən tənha və əlilliyi olan 6150 şəxsə evlərində sosial-məişət xidmətləri göstərilib. Onların 5400-dən çoxu ahıl, yəni yaşı 70 və yuxarı olanlardır.
Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib:
"Daimi olaraq əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvada, əlilliyi olan şəxslərə sosial xidmətçilər tərəfindən evdə (səyyar) sosial xidmətlər göstərilir. Sosial xidmətçilər tənha ahıl və əlil şəxslərin evlərinə gedərək onlara ev təsərrüfatı işlərində, gündəlik tələbat mallarının alınmasında, digər işlərdə köməklik göstərirlər".
Şöbədən onu da vurğuladılar ki, son illər SXA-nın ahıl şəxslər üçün sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradılıb, 5 mərtəbəli, 170 yerlik əlavə korpus istifadəyə verilib:
"Bununla da onlar üçün çarpayı sayı 300-ə çatdırılıb. Hər bir otaq zəruri məişət avadanlığı, o cümlədən soyuducu, televizor və s. ilə təmin olunub. Sakinlərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün də şərait yaradılıb. Müəssisədə kitabxana və idman zalları, müəyyən əl işlərilə məşğul olmaq üçün emalatxanalar və s. ahılların istifadəsindədir. Hazırda sosial xidmət müəssisəsində 200-dək ahıl pensiyaçı yaşayır".
SXA həmçinin tənha ahılların sosial təminatında mühüm yer tutan pensiya təminatında son illər ciddi artımlar baş verib:
"Son 4 ildə minimum pensiya 2,2 dəfə, orta aylıq pensiya 75 faiz, yaşa görə orta aylıq pensiya 70 faiz artıb. 2019-cu ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanıb və ötən dövrdə 70 minədək pensiyanın elektron sistem üzərindən proaktiv qaydada təyinatı həyata keçirilib. BMT Avropa üzrə İqtisadi Komissiyasının Siyasi İcmal buraxılışında, Azərbaycan fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsi olan ölkələr sırasında daxil edilib".
Rövşən Ziya
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var
-
Nida Xəbər 09:33DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi







_4155e4c714f9d3fb787af0d3d72eb9b4.jpg)






.jpg)



.jpg)





.jpg)














