Sosial
Mehriban Zeynalova: “Kamran İsayev məni məhkəməyə versə...”
“Hər kəsin məhkəməyə müraciət etmək hüqu var. Əgər Kamran İsayev məni məhkəməyə verirsə, etiraz etmirəm. Mən onun baldızının dedikləri əsasında açıqlama vermişəm”.
Bu sözləri Publika.az-a "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova söyləyib.
Yardımlı rayon Arvana kəndində direktor işləyən Kamran İsayevin bu gün onun haqqında mediaya söylədiklərinə münasibət bildirən Mehriban Zeynalova onu da, kəndi də tanımadığını diqqətə çatdırdı:

“Tanımadığım halda onunla niyə düşmənçilik edim? Ya ona qarşı qərəzçiliyim ola bilər? Yaxud baldızı niyə onu durduğu yerdə şərləsin? Qadın dözülməz halda evdən çıxıb, ayağıyalın qaçaraq bizə sığınıb. Bura gəldikdən sonra çox qorxunc şeylər söylədi. Bədənində yara və döyülmə izləri var. Bunlar onu göstərir ki, ona qarşı zorakılıq edilib. Qadın artıq məhkəmə-tibbi ekspertizadan keçib. Biz də hüquq-mühafizə orqanlarına müraciət etmişik, hazırda araşdırma davam edir”.
Qeyd edək ki, Kamran İsayevin həyat yoldaşının bacısına qarşı tərəfin xəbəri olmadan kəbin kəsdirdiyi iddia olunur. O isə mətbuata açıqlamasında bu məlumatarın yalan olduğunu bildirib. Direktor üç qız köçürdüyünü, bir qızının evdə olduğunu, oğlunun isə Kəlbəcərdə hərbi qulluq etdiyini söyləyib.
Kamran İsayev baldızının kim tərəfindənsə öyrədildiyini, özünün şərləndiyini, bunun da qərəzli şəkildə edildiyini vurğulayıb. Eyni zamanda, sosial şəbəkələrdə onun haqqında böhtan xarakterli məlumat yayanları və Mehriban Zeynalovanı məhkəməyə verdiyini, Elm və Təhsil Nazirliyinə bu barədə məlumat verdiyini diqqətə çatdırıb. O, məhkəmənin işə hüquqi qiymət verəcəyinə, məsələyə birdəfəlik son qoyacağına ümid etdiyini deyib.
Rövşən Ziya
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
