Sosial
Ölkədə UŞAQLARIN SAYI azalır: Bu, nə qədər TƏHLÜKƏLİDİR? - ŞƏRH
Dövlət Statistika Komitəsi 0-17 yaş arası uşaqların illər üzrə xüsus çəkisini açıqlayıb. 2005-2021-ci illərdə ölkə üzrə uşaqların ümumi sayı 3,9% azalıb. Ümumi əhalidə uşaqların payı 31,8%-dən 25,7%-ə düşüb. Kəndlərlə (27,6%) müqayisədə şəhərlərdə uşaqların payı daha aşağı (24,1%) düşüb. Bu yaş qrupuna daxil olan vətəndaşlarımızın sayı son 16 ildə 3,9% azalaraq 2,7 milyon nəfərdən 2,6 milyon nəfərə düşüb.
Mövzu ilə bağlı Publika.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu azyaşlıların azalma tendensiyasını bir neçə amillə bağladı:

“Son illər ailələrin sosial tələbatı xeyli artıb. 20-30 il əvvəl böyük uşaqların paltarnı kiçiklərə geyindirirdilər, bu da tələbatı qismən qarşılayırdı. İndi tələbat çoxalıb. Əgər ailədən iki uşaq məktəbə gedirsə, hər birinə ayrıca məktəbli forması, çanta, digər ləvazimatlar alınmalıdır. Bu isə ailənin sosial-maddi durumu ilə uyğun gəlmir. Əhalinin maddi rifahının aşağı düşməsi, işsizlik kimi amillər də bu tendensiyada birbaşa rol oynayır. İkinci amil bəzi beynəlxalq təşkilatların, sahə ilə məşğul qurumların həyata keçirdiyi sosial yönlü siyasətlə bağlıdır. BMT neçə illərdir ki, ailə planlaşdırması layihələrini inkişaf etməkdə olan ölkələrdə, eləcə də Azərbaycanda icra edir. Bunların hamısı, digər ölkələrdə olduğu kimi, ölkəmizdə də əhalinin yaş nisbətinin azalmasına təsir edir. Üçüncü amil qadınların təhsilə daha çox meyl etməsidir. Yəni, təhsilli qadın dünyaya çox uşaq gətirmək istəmir. Axı uşaq təkcə ailənin deyil, həm də dövlətindir. Düşünürəm ki, problemi qabaqıamaq üşün elmi əsaslara söykənən fəaliyyət proqramı hazırlanmalıdır. Üçuşaqlı ailə modeli təbliğ olunmalı, dövlət buna lazımi şərait yaratmalı, valideynlər sağlam və elmli uşaq böyütməyə çalışmalıdır”.
Sosioloq yuxarıda göstərilən amillərin artıq kəndlərə də sirayət etdiyini vurğuladı:
“Şəhərlərdə olduğu kimi, kəndlərdə də ailənin tələbat artıb. Kəndlərimizdə yaşayış şəraiti Bakıdakı həyat şəraiti iə bərabərləşib. Cəmiyyət artıq 20-30 il əvvəlki cəmiyyət deyil, çox şey dəyişib. Gözlənilən demoqrafik problemi önləmək üçün məsələyə yeni yanaşma olmalıdır. Azərbaycan xarici miqrantların axınına məruz qala, əhalinin etnik tərkibini dəyişə bilər. Bu gün oğlan uşaqlarının bir qismi təhsil və ya iş ardınca ölkəni tərk edir. Bu isə yaxın onilliklərdə ordunun komplektləşməsinə və ailə institutuna mənfi təsir göstərəcək”.
Rövşən Ziya
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var








.jpg)



.png)















.jpg)
.jpg)





