Sosial
MEDİA və ADA Universiteti telejurnalistlər üçün təlimlərə başladı - FOTO
Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin birgə təşkilatçılığı ilə Oktyabrın 10-da telejurnalistlər üçün “Audiovizual media mühitində universal jurnalist” mövzusunda təlimlərə başlanılıb.
Bu barədə Publika.az-a MEDİA-dan məlumat verilib.
Təlimin açılış mərasimində çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyi ilə əməkdaşlıq təcrübəsinin uğurunu məmnunluqla qeyd edib. Vurğulayıb ki, bu təlimlər media sahəsində yeni trendin başlanğıcına, keyfiyyətli kontent yaradılmasına, jurnalistlərin peşəkar inkişafına töhfə verəcək.
Sonra Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov televiziya mühitində çalışan jurnalistlərin yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmaq və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün xarici mütəxəssislərin cəlb edilməsiylə təlimlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev televiziya sahəsində jurnalistlərin ixtisaslaşmasının və belə təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva belə təlimlərin media nümayəndələrinin biliklərinin artırılmasında və medianın ictimaiyyətə dolğun informasiya çatdırmasında əhəmiyyətini bildirib, ADA Universitetinin İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova isə medianın inkişafının cəmiyyətimizə müsbət təsir göstərməsindən və bu istiqamətdə jurnalistlərin təcrübələrinin artırılmasının əhəmiyyətindən danışıb.
Xatırladaq ki, oktyabrın 13-nə qədər davam edəcək təlimlərin məqsədi televiziyada xəbər istehsalının təkmilləşdirilməsi, rəqəmsallaşmanın stimullaşdırılması, audiovizual istiqamətdə xarici bilik və təcrübələrin tətbiqinin genişləndirilməsi və daha keyfiyyətli məzmunun yaradılmasına nail olmaqdır.
Təlimlərdə “Əl-Cəzirə” Media Şəbəkəsinin telejurnalisti Mohamed Elatyeb “mobil jurnalistika”, “video jurnalistika”, “televiziya jurnalistikası” və s. mövzularda çıxış edəcək.
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib




























.jpg)
.jpg)




