Sosial
Hafiz Məmmədovun məşhur hoteli acınacaqlı durumda - FOTO
Bir vaxtlar Bakının ən öndə gedən hotellərindən olan “Ramada Shamdan” indi baxımsızlıqdan bərbad hala düşüb.
Publika.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşı sözügedən hotelin son halını əks etdirən fotoları lentə alıb.
Hazırda toz içində olan hotelin üst mərtəbələrindəki pəncərələri də qırılıb. Bu isə bu ilin martın 11-də “Ramada Shamdan”da baş verən yanğınla əlaqələndirilir. Ancaq hotelin yanğın olmayan hissəsində də bəzi qırılmış pəncərələr var ki, onların da yeri taxta materiallarla örtülüb.
Məsələ burasındadır ki, hotel yanğın baş verməzdən uzun müddət öncə fəaliyyətini dayandırıb. Bu isə “Ramada Shamdan”ın sahibi Hafiz Məmmədovun müflisləşməsi ilə əlaqələndirilir. Hotelin qanuni təmsilçisi isə Hafiz Məmmədovun oğlu Kənan Məmmədovdur. “Ramada Shamdan”ın hazırda 64045.23 manat vergi borcu var.
Qeyd edək ki, “Ramada Shamdan” “Milyonerlər məhəlləsi” kimi tanınan Məmməd Araz küçəsində yerləşir. Vaxtilə Hafiz Məmmədov Bakıya gələn İspaniyanın “Atletiko” (Madrid) klubunu da məhz bu hoteldə qəbul etmişdi.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO










.jpg)

























.jpg)

.jpg)