Sosial
Konstitusiya Məhkəməsi bu məsələ ilə bağlı QƏRAR VERDİ
Mülki Məcəlləyə görə, mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi müddəti 6 aydır və müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər.
Publika.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında baxdığı iş üzrə qəbul etdiyi qərarda qeyd olunub.
Qərarda həmçinin vurğulanıb ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə qanunvericilikdə nəzərdə tutulmuş imtina müddəti şamil edilir. Belə ki, Mülki Məcəlləyə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
-
İdman20:55“Sabah” “Slaviya”ya qarşı - CANLI/YENİLƏNİR
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu








.jpg)


























