Sosial
Azərbaycanda qadınların maaşı ARTIRILACAQ
2026-cı ilə qədər Azərbaycanda qadınların orta aylıq əmək haqqının kişilərin orta aylıq əmək haqqına nisbətinin minimum 80 %-ə çatdırılması nəzərdə tutulub.
Publika.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıda "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" mövzusunda keçirilən forumda bildirib.
"Bu gün ölkədə qadın əməyinin dəyərinin yüksəldilməsi əsas prioritetlərdən biridir. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda dinamik, inkluziv cəmiyyətdə sosial ədalətin təmin olunması üçün qadın əməyinin düzgün qiymətləndirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib. Qadınların sahibkarlıq mühitində inkişafı, maliyyə əlçatanlığı, elektron xidmətlərdən yararlanmasına geniş imkanların yaradılması hədəflənib. Bu, həm cəmiyyətdən, həm də dövlət orqanlarının qarşılıqlı fəaliyyətindən asılı olan məsələdir", - deyə S.Musayeva əlavə edib.
-
Hadisə19:24Şadlıq evindən qopan daş bəy atasının həyatına son qoydu - Yeniləndi
-
Sosial19:12Türkiyəli aktrisa Bakıda yol qaydasını pozdu
-
MDB17:10İrəvandan Kremlə xəbərdarlıq: Ermənistan KTMT və Aİİ-dən bu halda çıxacaq
-
MDB16:20Paşinyan Baş nazir postuna namizəd seçildi
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
Sosial14:16Azərbaycanda bu evlər risk altındadır: Səbəb bəllidir
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü



































