Sosial
Qadın, yazdığı reseptə görə həkimi öldürmək istədi
Rusiyalı qadın həkimin yazdığı dərmanlara görə onu öldürməyə cəhd edib.
Trans-Baykal diyarının Ksenievka kəndində hüquq-mühafizə orqanlarının əməkdaşları həkimə bıçaqla hücum edən 63 yaşlı yerli sakini saxlayıblar.
Publika.az “lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (TFR) regional istintaq idarəsinin rəsmi nümayəndəsi Yeqor Markov məlumat verib.
Qeyd edək ki, saxlanılan şəxsə qarşı cinayət işi açılıb. İstintaqın məlumatına görə, o, noyabrın 28-də həkim qəbulunda münaqişə yaradıb, daha sonra bıçaq çıxararaq 54 yaşlı qadına bir neçə zərbə vurub. Vaxtında gələn digər həkimlər zərərçəkənə yardım göstəriblər.
Xatırladaq ki, saxlanılan şəxsə psixoloji və psixiatrik müayinə təyin olunacaq. Əvvəllər o, quldurluq, xuliqanlıq və ölümlə hədələmə ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilib.
Ayşən Rəhim
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO








.jpg)


























