Sosial
Köpəkbalığı qəbiristanlığı tapıldı
Alimlər Hind okeanındakı Kokos adalarının sahillərində böyük miqdarda köpəkbalığı qalıqları aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə Avstraliya Dövlət Elmi və Tətbiqi Tədqiqatlar Assosiasiyası (CSIRO) məlumat yayıb. Qalıqlar Avstraliya dəniz parklarının biomüxtəlifliyini araşdıran ekspedisiya tərəfindən aşkar edilib. “Bir neçə növ yırtıcıya aid 750-dən çox fosilləşmiş köpək balığı dişini tapdıq. Onların arasında qədim meqalodon köpəkbalığının dişləri də var", - deyə alimlər bildirir. Ən qədim fosillər, təxminən 12 metr uzunluğunda böyük yırtıcı balıq olan meqalodonun ən yaxın qohumlarına aid idi. Tapıntılar arasında mako və ağ köpəkbalığı kimi müasir növlərin dişləri də var.
Bundan əlavə, alimlər Avstraliyaya xas olan, əvvəllər məlum olmayan zolaqlı köpəkbalığı da tuta biliblər. Növ, təxminən 150 metr dərinlikdə yaşayır və elm adamları onların həyat tərzi və davranışları haqqında, demək olar ki, heç nə bilmirlər. Meqalodonlar, təxminən 3,5 milyon il əvvəl nəsli kəsilmiş nəhəng köpəkbalığı növüdür. Uzunluğu 15 metr, çəkisi 40 tondan çox ola bilərdi.
Ayşən Rəhim
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır















.jpg)


















.jpg)

.jpg)