Sosial
Yeni ildə bu mərkəzlərdə qiymət artımı qaçılmaz olacaq - Xəbərdarlıq
Yay fəsli turizmin əsas mövsümü hesab olunsa da, son illər Azərbaycanda qış turizminə də maraq artıb. Vətəndaşlar əvvəllər qış turizmi üçün əsasən xarici ölkələrə üz tutsalar da, hazırda sərhədlər bağlı olduğundan, yerli turizmin potensialından yararlanmalı olacaqlar. Nəzərə alaq ki, qış turizmi ölkəmizdə yeni fəaliyyət sahəsidir, məkanlar məhdud sayda - barmaqla sayıla biləcək qədərdir. Bəs görəsən hazırkı infrastruktur tələbatı ödəyə biləcək? Əsas məsələ: yüksək tələbat qiymətlərə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Publika.az- a danışan turizm məsələləri üzrə ekspert Samir Dübəndi qeyd edib ki, turizm mərkəzləri qış mövsümü üçün hazırdır.

“Keçən illə müqayisədə bu il qış mövsümünə və xüsusilə Yeni il tətilinə təkliflərin sayında xeyli artım müşahidə edilir . Qeyd etmək lazımdır ki, daha passiv regionlarda imkanlar çoxalıb. Məsələn Zaqatala, Oğuz , Balakən, Astara kimi rayonlarda yeni turizm imkanları genişlənib, müraciət edənlərin sayı artıb”.
Turizm məsələləri üzrə ekspert Rəhman Quliyev isə deyir ki, tələbatın çoxluğundan istifadə edən mərkəzlərdə qiymət artımı qaçılmaz olacaq.

“Ənənəvi olaraq yeni ilin gəlişi münasibətilə insanlar istirahət mərkəzlərinə üz tutur. Sərhədlər, quru yollar bağlı olduğuna görə, vətəndaşlar yerli turizm məkanlarını seçəcəklər. Onlar, əsasən Şahdağ, Tufandağ və Naxçıvanda yerləşir. Həmin ərazilərdəki hotellər və mərkəzlər tələbatı tam ödəyə bilmir. Ola bilər ki, mərkəzlərdə bir neçə boş yer var, amma bu o demək deyil ki, tələbat yoxdur. Bu, məhz qiymətlərin artımına görədir. Tələbat artdıqca, qiymətlər də nəzərəçarpacaq qədər çoxalır”.
Ekspertin sözlərinə görə, turizmin inkişafı o demək deyil ki, hotellər işləyib pulu cibinə qoymalıdır. Məqsəd bölgələrdə insanların rifah halını yaxşılaşdırmaqdır.
R.Quliyev hesab edir ki, qiymətlərin ucuzlaşmasının yeganə yolu yaxın illərdə işğaldan azad olunmuş ərazilərdə, Qarabağ bölgəsində - Laçın, Kəlbəcər, Şuşa, Hadrutda və s. yeni turizm məkanlarının istifadəyə verilməsidir:
“İnfrastruktur tam bərpa olunduqdan sonra sözügedən ərazilərdə turizm kompleksləri açılacaq, rəqabət çoxalacaq. Bu da ucuzlaşmaya gətirib çıxaracaq. Oradakı relyef icazə verir ki, biz yeni dağ-xizək kompleksləri yaradaq. Bu zaman yerli turizm sahəsindəki məhdud imkanlar aradan qalxacaq. Dövlət tərəfindən əsaslandırılmış şəkildə hava limanları tikildi. İnsanların rifahını yaxşılaşdırmaq üçün bir çox iri layihələrin icrasına başlanıldı. Düşünürəm ki, yaxın 5 il ərzində biz yeni komplekslər yaradacağıq və alternativlər də genişlənəcək. Qiymətlər də minimuma düşəcək”.
Ekspert fəaliyyət göstərən məkanların arasında rəqabətin olmamasından da söz açıb. O, bildirib ki, yerli turistlərin əlçatanlığı üçün bu bazarda turizm məkanlarının sayı çox olmalı və sağlam rəqabət formalaşmalıdır:
“Bəlkə də axtarsan, görərsən ki, bütün turizm obyektlərinin sahibi eyni adamdır. Və bu səbəbdən də, onların arasında sağlam rəqabət getmir".
Ayşən Rəhim
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video





























.png)


.jpg)



