Sosial
Şəmkirdə ailə iki azyaşlı uşaqla niyə çadırda yaşayır? - Rəsmi AÇIQLAMA - VİDEO
Şəmkirin Keçili kəndindən olan Tatlı ailəsi uzun müddətdir ki, acınacaqlı vəziyyətdə yaşayır.
Bu barədə ailə başçısı Xaqani Tatlı Publika.az-ın redaksiyasına müraciət edib.
O deyir ki, 7 aydan çoxdur yayın qızmarında, indi isə qışın şaxtasında, qar və yağışda çadırda yaşamağa məcburdurlar. Havaların kəskin soyuması isə iki azyaşlı uşağı ilə birlikdə çadırda yaşayan ailənin durumunu daha da ağırlaşdırıb.
"Yeddi aydan çoxdur çadırda yaşayırıq. Bundan əvvəl isə kirayədə qalmışam. Maddi olaraq çətin idi, kirayənin pulunu ödəyə bilmədim və kənddə çadır qurub yaşamaq qərarına gəldik. Uşaqlardan biri məktəbə gedir, 1-ci sinif şagirdidir. Hazırda heç yerdə işləmirəm. Vəziyyətimiz olduqca ağırdır. Qışdır, yağış və qarda bu çadırda yaşamaq qeyri-mümkündür", - X.Tatlı bildirib.
Ailə başçısının aidiyyəti qurumlara etdiyi çoxsaylı müraciət isə nəticəsiz qalıb: "Şəmkir Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişəm. Özüm də gedib vəziyyətimi demişəm. Dərdimi demədiyim yer qalmayıb. Amma heç kəs maraqlanmayıb ki, ölmüşük, ya yaşayırıq. Biz böyüklər bir tərəfə, heç olmasa körpə uşaqlarımı nəzərə almadılar".
Aidiyyəti qurumlardan ümidini üzən ailə, hazırda dost-tanışın köməyi ilə birtəhər gündəlik ehtiyaclarını qarşılaya bilir. Amma görünən odur ki, iki azyaşlı uşaqla ailənin çadırda yaşaması qeyri-mümkündür. Ailə yardımsevər insanlardan kömək istəyir.
Şəmkir Rayon İcra Hakimiyyətinin Xuluf kənd üzrə icra nümayəndəsi Elnur Əliyev Publika.az-a bildirdi ki, məsələdən məlumatlıdırlar. E.Əliyevin sözlərinə görə, onlar ailə münaqişəsinə görə, yaşadığı evdən çıxıblar:
"Onlar ailə münaqişəsinə görə çadırda yerləşiblər. Çadır qurduğu yerin yanında Xaqani Tatlının anasının iki evi var, normal şəraitdədir. Xaqani anasından evin birini ona verməsini istəyib, ancaq ana razı olmayıb. Buna etiraz edən Xaqani isə çadır qurub yaşamaq qərarına gəlib. Həmin ərazidə başqa bir evin tikintisi gedir. Əldə etdiyimiz məlumata görə, o, əslində hazırda çadırda yaşamır, Səməd Vurğun qəsəbəsində kirayə evdə qalır. Çadırda, küsüb evdən çıxdıqları müddətdə yaşayıb".
İcra nümayəndəsi ailənin kirayədə yaşadığını desə də, Xaqani Tatlı Publika.az-a açıqlamasında bildirib ki, hazırda çadırda yaşayırlar.
Akqabay Mıradov
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
-
Dünya11:50Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?
-
Magazin110:06Dünən sünnət olunan ingilis Azərbaycanda evləndi - VİDEO
-
Hadisə09:13Zooparkda dəhşət: 3 yaşlı uşağı timsahların ağzına atdı
-
Yaxın Şərq08:24Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı



































