Sosial
“Harada gəldi saxlayır!” - Ekspress avtobuslardan şikayət var
“Harada gəldi saxlayır!”, “Gedəcəyi mənzilə digər avtobuslarla eyni vaxtda çatırsa, daha bunun nəyi ekpress oldu ki?", ""Ekspress" adıyla 50 qəpik pul çıxır, amma öz planına uyğun hərəkət etmir. Əgər bu da digər avtobuslar kimi hər yerdə saxlaya-saxlaya gedib, çatacağımız mənzilə bizi gecikdirirsə, bəs niyə o zaman bizdən 20 qəpik daha artıq pul çıxırlar?!" və s. Bu fikirlər redaksiyamıza bir qrup narazı sərnişin tərəfindən daxil olub. Sərnişinlər şikayət edir ki, E1 “ekpress” marşrut xətti ilə hərəkət edən avtobus onun hərəkətini nizamlayan xəritə üzrə deyil, özbaşına olaraq yolüstü movcud olan hər bir dayanacaqda saxlayır. Hansı ki, ekspress avtobusların dayanacaq məntəqələri digərlərinkindən çox azdır. Belə olduğu halda tıxaclı Bakının digər marşrut xətlərində olduğu kimi, insanlar yenə də gedəcəkləri mənzil başına gecikirlər. Görəsən, bununla bağlı bir tədbir görüləcəkmi?
Mövzu ilə bağlı Publika.az-a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, “Ekpress” marşrut xətti ilə hərəkət edən avtobus hər dayanacaqda saxlamamalıdır:
.jpg)
“Qayda bunu tələb edir. Çünki bu ekspress daşımalara aid olan marşrut xəttidir. Sözügedən E1 marşrut xətti üzrə 12 dayanacaq müəyyən edilib. İstənilən halda məsələ tərəfimizdən araşdırılacaq. Bu xətt üzrə hərəkət edən avtobusların bütün davranışları Vahid Dispetçer Xidməti tərəfindən nəzarət olunur. Biz bu haqda məlumat verəcəyik ki, onlar bir daha baxsınlar. Belə bir halın aradan qaldırılması üçün lazımi tədbirlər görüləcək. “BakuBus” MMC-nin məsul şəxslərinə xəbərdarlıq ediləcək ki, sürücülər tərəfindən bu hallar bir daha təkrarlanmasın. Fakt təsdiqini taparsa, nəzarətə götürüləcək və araşdırılacaq”.
Ayşən Rəhim
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)










.webp)













.jpg)


