Sosial
İstanbul-Bakı reysində nasazlıq - Sərnişinlər təxliyə edildi - FOTO
Yanvarın 15-də axşam saatlarında Türkiyənin İstanbul şəhərindən Bakıya uçmağa hazırlaşan sərnişin təyyarəsi nasazlıq səbəbindən havaya qalxa bilməyib.
Bu haqda Publika.az saytında həmin reysin sərnişinləri məlumat veriblər.
"İstanbul - Bakı" Buta hava yollarının uçuşunda az əvvəl təyyarəyə mindik. "boarding completed" olduqdan sonra işıqlar söndü və bilinməyən bir səbəbdən sərnişinlər təyyarədən endirildi. Minik kartları geri verildi. Texniki nasazlıq deyilir", - sözügedən reysin sərnişini, İT mütəxəssisi, tanınmış texnobloqer Fərid Pərdəşünas deyib.
Bildirilib ki, təyyarədə nasazlıq aşkarlandığı barədə sərnişinlərə bilgi veriləndən sonra hava gəmisi boşaldılıb.
Sərnişinlər hazırda İstanbul hava limanında gözləyirlər.
Qeyd edək ki, sərnişinlərin təxliyə olunduğu təyyarə “Buta Airways”ə məxsus olub.
Aytən Məftun
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi










.jpg)
























.jpg)

.jpg)