Sosial
Alimlərin uzunömürlü olmasının sirri nədir? - Ulduz Həşimova
Azərbaycanda alimlərin uzunömürlü olmalarının səbəbləri araşdırılacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli alimlərin uzunömürlü olmalarının səbəbləri ilə bağlı elmi araşdırma aparması barədə AMEA-ya tapşırıq verib.
Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova Teleqraf.com-a bildirib ki, qocalma, uzunömürlülüklə bağlı aparılan tədqiqatlar gerantoloji tədqiqatlardır.
Direktor qeyd edib ki, gerantologiya istiqaməti AMEA-nın tədqiqat prioritetlərindən biri kimi elan olunub: “Bu araşdırma 3-4 ildir ki, intensiv şəkildə aparılır. Proqramın rəhbəri kimi, hesab edirəm ki, müasir dövrdə bu, çox vacib bir elmi tədqiqat istiqamətidir. Dünya əhalisinin yaşı getdikcə artır. Son iki onillikdə dünyada qocalma prosesi başlayıb. Getdikcə bunun miqyası genişlənir. Ona görə bu, dünya elmi qarşısında olan prioritet istiqamətlərdən biridir.
Xüsusilə Azərbaycan dünyanın nadir regionlarından biridir ki, burada uzunömürlülük fərdi səviyyədən başqa, həm də populyasiya səviyyəsində təmsil olunur. Ona görə bu elmi araşdırmalar və tədqiqatlar bir çox cəhətdən çox önəmlidir”.
Alimlərin uzunömürlü olmasının ilkin səbəbi nədir?
Ulduz Həşimova bunun sirrini digər mütəxəssislərlə birlikdə araşdırmaq istədiklərini deyib: “Dünya elmində qəbul olunmuş statistik bir faktdır ki, ümumi populyasiya ilə müqayisə edəndə alimlər, onların arasında dəqiq elmlərin nümayəndələri, onların da arasında Nobel mükafatı laureatları, onların da arasında riyaziyyatçılar və fiziklər daha uzun ömür sürürlər”.
Araşdırmanın nə qədər müddətə başa gəlməsinə gəlincə, Ulduz Həşimova qeyd edib ki, elmdə müddət söhbəti yoxdur: “Hər mərhələ yeni perspektivlər açır. Tədqiqatlar davam etdikcə onun arealı da genişlənir. Elmi tədqiqatların nəticəsi xüsusi və intellektual bir məhsuldur. Bu cür tədqiqatlar dünyanın aparıcı elmi institutlarında aparılır”.
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video


























.png)


.jpg)



