Sosial
Misir Mərdanov Seymur Talıbovun 15 yaşında necə tələbə olmasından DANIŞDI
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu, 1988-ci il təvəllüdlü Seymur Talıbovun 2003-cü ildə, yəni 15 yaşında Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olması haqda yayılmış məlumatlar birmənalı qarşılanmayıb.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən sabiq təhsil naziri, BDU-nun keçmiş rektoru (1996-1998-ci ildə) Misir Mərdanov bunun mümkün olduğunu deyib.
O, S.Talıbov haqda dəqiq bir söz deyə bilməyəcəyini qeyd edib:
“Ümumiyyətlə, 15 yaşında tələbə adı qazanmaq mümkündür. Çünki elə adam var, məktəbə 5 yaşında gedib. Amma konkret S.Talıbovun neçə yaşında məktəbə getdiyini bilmirəm. Onu da deyim ki, bəzi hallarda mən də 15 yaşlı tələbəyə rast gəlmişəm”.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə bildirib ki, bu, nazirliyə aid olan məsələ deyil:
“Bununla bağlı bir söz deyə bilmərəm, çünki universitetə aid olan məsələdir. Amma bircə onu deyə bilərəm ki, 15 yaşında universitetə qəbul olmaq mümkündür”.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)

















.jpg)

.jpg)