Sosial
AZTV-nin məşhur aparıcısına yüksək VƏZİFƏ VERİLDİ - FOTO
Yeni Azərbaycan Partiyasında (YAP) kadr təyinatı baş tutub.
Publika.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Səbail rayon “Mehdi Hüseyn küçəsi 1” ərazi partiya təşkilatında iclas keçirilib.
İclasda YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, sədr müavini Nicat Hüseynov, ərazi partiya təşkilatının üzvləri iştirak edib.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev ölkədə aparılan düzgün siyasət, 30 ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı rolu, həyata keçirilən uğurlu islahatlar haqqında çıxış edib. M.Nağıyev əsası Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin sədrliyi ilə daha da irəliləyən Yeni Azərbaycan Partiyasının hər bir üzvünü fəal olmağa çağırıb.
Daha sonra “Mehdi Hüseyn küçəsi 1” ünvanında Yeni Azərbaycan Partiyası Səbail rayon ərazi partiya təşkilatının fəallarının təklifi ilə sədr və sədr müavini müəyyənləşib.
Yekdilliklə Röya Bənənyarlı ərazi partiya təşkilatının sədri, Ruslan Həsənov sədr müavini seçilib.
M.Nağıyev yeni seçilmiş sədri və müavini təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb.
Röya Bənənyarlı ona göstərilən inam və etimada görə təşəkkürünü bildirib, partiyanın inkişafı üçün əlindən əsirgəməyəcəyini qeyd edib.
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi










.jpg)
























.jpg)

.jpg)