Sosial
Hacı Şahinin qəbrinin ziyarətgaha çevrilməsindən kimlər siyasi məqsəd güdür? - VİDEO
“Son günlər Azərbaycan cəmiyyətində Hacı Şahinin dəfnindəki qələbəlik, onun cəmiyyət arasında nüfuzunun yüksək olması geniş müzakirə olunmaqdadır. Qeyd etmək lazımdır ki, Hacı Şahinin cəmiyyətin müxtəlif təbəqələrinin nüfuzunu qazanmasının səbəblərindən biri onun əksər din xadimlərindən və bu sahədə çalışan insanlardan fərqli olaraq əlçatanlığı, sadəliyi və daima insanlar arasında olmasıdır. “O, davamlı olaraq Bakıda və bölgələrdə Vətən müharibəsi şəhidlərinin dəfn və yas mərasimlərində iştirak edirdi. Sosial şəbəkələrdə olduqca fəal idi”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib.

Millət vəkili son günlər müzakirə olunan Hacı Şahinin qəbrinin ziyarətgaha çevrilməsi məsələsinə də münasibət bildirib:
C.Məmmədov bununla bağlı qeyd edib ki, İslam dini dini şəxsiyyətlərə pərəstişdə ifrata varmağın qəti əleyhinədir: “İnsanların hər hansı şəxsə ehtiramla yanaşması normaldır. Ancaq bu, onların müqəddəsləşdirilməsinə və bütləşdirilməsinə aparıb çıxarmamalıdır”.
Deputat hesab edir ki, Hacı Şahinin qəbrinin ziyarətgaha çevriləcəyi və bura turların təşkil ediləcəyi ilə bağlı açıqlamalar həm də siyasi məqsəd daşıyır:
“Bu fikirlər məqsədli şəkildə bir sıra dairələr tərəfindən dövriyyəyə buraxılır. Dəfn yeri məlumdur, insanlar sərbəst şəkildə onun qəbrini ziyarət edə bilərlər. Bunun üçün xüsusi turların təşkilinə ehtiyac yoxdur. Görünən odur ki, din sahəsində fəallıq bir müddət davam edəcək. Cərəyan edən proseslər ciddi təhlil olunmalı və operativ qərarlar qəbul edilməlidir. Proseslərin yalnız kənardan izlənilməsi sonrakı mərhələdə proseslərin idarə olunmasında ciddi çətinliklər yaradacaq”.
Akqabay Mıradov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





