Sosial
Yumurtanın qiyməti süni artırılır? - VİDEO
Sosial şəbəkələrdə broyler toyuqların yumurtasının 16-17 qəpikdən 25 qəpiyə yüksəlməsi ilə bağlı məlumat yayılıb.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı satıcılar bildiriblər ki, qiymət artımının baş verməyib:
“Broyler toyuqların yumurtasının 16 qəpiyə, kənd yumurtasının qiyməti isə 17 qəpikdir”.
Ekspert Fuad İbrahimov yumurtanın qiymətinin artması ilə bağlı yayılan iddiaların heç bir əsasının olmadığını bildirib.
Daha ətraflı "Baku" TV-nin süjetində:
xxx
APEPEA idarə heyətinin sədri Mürvət Həsənli bildirir ki, bir sıra ekspertlər real vəziyyəti öyrənmədən yumurtanın “bahalaşması”nın səbəblərinə dair rəylər səsləndirirlər:
“Quş yumurtasının topdansatış qiymətlərində hər hansı dəyişiklik edilməyib. Mövcud topdansatış qiymətləri 2022-ci ilin oktyabrından dəyişməz olaraq qalır. Əksinə, bəzi market şəbəkələri Novruz bayramı ərəfəsində yumurtanın qiymətində 1-2 qəpik endirim tətbiq ediblər”.
M.Həsənli vurğulayıb ki, Azərbaycanda hazırda yumurta istehsalında artım müşahidə olunur:
“Yerli quşçuluq müəssisələrinin istehsalı xeyli artaraq, daxili tələbatdan da yüksək səviyyəyə çatıb. Fevralın 7-də Nazirlər Kabineti yem və yem əlavələrinin idxalını gömrük rüsumundan azad edən qərar, fevralın 27-də isə Prezident İlham Əliyev yem və yem əlavələrinin idxalını bu ilin sonunadək ƏDV-dən azad edən fərman imzalayıb. Bu, ölkəyə idxal olunan əsas yem və yem əlavələrinin qiymətinin azalmasına imkan verir. Bu addımlara qarşılıq olaraq quşçuluq müəssisələri istehsal etdikləri məhsulların qiymətində hər hansı artıma gedilməməsi mövqeyindədirlər. Digər tərəfdən, yumurta istehsalının bol olduğu bir şəraitdə quşçuluq təsərrüfatları özləri də qiymətləri qaldırmaqda iqtisadi baxımdan maraqlı ola bilməzlər”.
Birlik rəhbəri onu da bildirir ki, yumurta istehsalçıları ötən ildən bəri daxili tələbatdan artıq olan məhsulun xarici bazarlara çıxarılması prosesini işə salıblar:
“Yumurta ixracı hazırda da davam edir. Çünki istehsal yerli tələbatdan yüksəkdir, istehsalçılar bu fürsətdən yararlanırlar”.
M.Həsənlinin sözlərinə görə, ola bilsin ki, ölkənin bəzi bölgələrində hansısa orta və kiçik marketlər bayramqabağı tələbatın artmasından istifadə edib qiymətləri qaldırıblar:
“Bakıda və regionlarda filialları olan böyük market şəbəkələrinin heç birində qiymət artımı yoxdur. Biz vaxtaşırı monitorinqlər edirik, xüsusilə belə həssas dövrlərdə sui-istifadəyə yol verilməməsinə çalışırıq. Çünki məhsulun topdansatış qiymətində hər hansı artıma gedilməyib. Sevindirici haldır ki, bir sıra iri market şəbəkələrində bayram münasibətilə yumurtanın qiymətində endirim edilib. Bu, yerli müəssisələrin məhsullarına aiddir. Ola bilər ki, xaricdən idxal edilən yumurtaların qiymətində artım var, bunun bizə - Azərbaycan quşçuluq müəssisələrinə heç bir aidiyyəti yoxdur”.
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var
-
Nida Xəbər 09:33DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi






_4155e4c714f9d3fb787af0d3d72eb9b4.jpg)





.jpg)





.jpg)





.jpg)













