Sosial
Bu, Fazil Mustafaya yox, Azərbaycana atılan güllədir - Deputat
“Nəticə etibarilə bu sui-qəsd cəhdinin hədəfində başqası da ola bilərdi. Hesab edirəm ki, məsələ Fazil Mustafa söhbətindən daha geniş bir anlayışdır. Ona görə ki, bu gün parlamentdə fəal deputatlar dövlətimizin maraqlarını qorumağı bacarırlar. Onlar həm ölkə daxilində, həm xarici tribunalarda Azərbaycanın mövqeyini qorumağa qadirdirlər. Biz bunu müşahidə edir və görürük. Bu, hər zaman belə olacaq. Fazil Mustafa mövqeyini bildirən və partiya maraqlarını ölkə maraqlarından üstün tutmayan bir siyasətçidir. Ona atılan güllə Azərbaycana atılan güllədir. Heç bir şəkildə qəbuledilməzdir”.
Bu sözləri Publika.az-a açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, sifarişçilərin bu hadisəni törətməkdə bir sıra maraqları olub.
“Onlar hesab edirlər ki, üzdə olan və fəallığı ilə seçilən millət vəkillərindən birinə qarşı sui-qəsd etməklə cəmiyyətimizi silkələyəcəklər. Səhv düşündülər, Azərbaycan cəmiyyəti daha da sıx birləşdi, dövlət və iqtidarla bir yerdə olduğunu göstərdi.
Bu gün ölkəmizi sarsıtmaq istəyən qüvvələr növbəti dəfə məğlubiyyətə uğradı. Şübhəsiz ki, qısa zamanda bu terror hadisəsinin sifarişçiləri, tərtibçiləri cəzalarını alacaqlar. Bununla Azərbaycanı qorxutmaq, qətiyyətli səsi susdurmaq olmaz.
Tezliklə Fazil Mustafanın şəfa tapmasını arzulayıram”.
Ayşən Rəhim
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO








.jpg)


























