Sosial
Deputata qarşı terrorun pərdəarxası: Sifarişçilərin məqsədi Azərbaycana təzyiq etməklə...
"Son 30 il ərzində İranın dini hakimiyyəti və xüsusi xidmət orqanları Azərbaycan ərazisində özlərinin dayaqlarını yarada biliblər. Bu, əsasən din pərdəsi altında Azərbaycana sirayət etməklə, dini dayaqlar yaratmaq, dini təhsil almaq istəyən şəxslərin işbirliyinə cəlb edilməsi və digər riyakar yollar vasitəsilə həyata keçirilib. Həmin yolla İranın radikal dini qolu Azərbaycanda onlara xidmət edən bir təbəqə, proksilər, qüvvələr və ya 5-ci kolon yarada bilib. Sözügedən qüvvələrdən daim Azərbaycanda siyasi-ictimai sabitliyin pozulması üçün istifadə edilib. Din pərdəsi altında Azərbaycanın daxili işlərinə qarışmaq siyasəti İran tərəfindən son 30 ildə icra edilib”
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Amid Əliyev deyib.

O bildirib ki, bəzi Azərbaycan vətəndaşları İranın siyasətinin qurbanına çevrilib. Və bu, olduqca təəssüf doğuran bir haldır: “Onlar riyakar İranın oyuncağı olublar. Bir sıra gənclərimizin İran tərəfindən din vasitəsilə beyinlərinin yuyulması prossesi bu gün də davam edir”.
Politoloqun sözlərinə görə, ötən gün millət vəkilinin öz evi önündə güllələnməsi də məhz bölgədə terror yuvasına çevrilmiş İrana işarə etməyə ehtimal yaradır.
“Birincisi, Fazil Mustafa öz baxışları ilə İranın siyasi kursunu tənqid edən millət vəkillərindən biridir.
İkincisi, dünən Azərbaycanda İsrailin dəstəyi ilə kibertəhlükəsizlik mərkəzi açılıb ki, bu da İran üçün heç də arzuolunan deyil.
Üçüncüsü, bir neçə müddət bundan öncə Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkədə tanınmış bir şəxsə qarşı törədilməsi ehtimal olunan terror aktının qarşısını aldı ki, həbs olunanaların birbaşa İranın Xüsusi Xidmət Orqanları tərəfindən təlimat aldığı müəyyən edilmişdi. 28 mart tarixində isə bu hadisənin baş verməsi isə heç də təsadüf deyil. Həmçinin sözügedən terror hadisəsində yenidən “kalaşnikov” silahının işlədilməsi səfirliyimizə olan hücumla eynilik təşkil edir”,- o deyib.
A.Əliyev vurğulayıb ki, sifarişçilərin məqsədi Azərbaycana təzyiq etmək, ictimai-siyasi sabitliyi pozmaq, sülh gündəliyinə mane olmaq və Azərbaycanı öz yolundan döndərməkdir.
“Lakin yadda saxlamaq lazımdır ki, bu cür hadisələrlə Azərbaycan dövlətini, iradəsini və Azərbaycan xalqının inamını qırmaq olmaz. Əksinə bu tip hadisələr bizim düşmənimizə qarşı daha da prinsipial olmağımız üçün səbəbdir”.
Ayşən Rəhim
-
Mətbəx02:42Əti əsla sərtləşdirməyən marinad texnikası
-
İdman00:15Günün ULDUZ FALI - Təşəbbüvü ələ ala bilərsiniz
-
İdman25 Avqust 23:45"Qarabağ" "Sabah"ı belə təbrik etdi
-
Sosial25 Avqust 23:12Sabah 9 rayonun bəzi əraziləri işıqsız qalacaq
-
İdman25 Avqust 22:55Kantri musiqisinin ikonası vəfat etdi
-
İKT25 Avqust 22:30“Telegram”dan möhtəşəm yeniliklər
-
Magazin125 Avqust 22:15Elgiz Əkbər bu verilişlə geri dönür - VİDEO
-
Sosial25 Avqust 20:24Elxan Mütəllimova yüksək vəzifə verildi









.jpg)








.jpg)













.jpg)
.jpg)