Sosial
Mərkəzi Bank uçot dərəcəsini yenə artırdı: Manatı nə gözləyir?
"Mərkəzi Bank uçot dərəcəsini 8.75%-ə, faiz dəhlizinin aşağı həddini 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.75%-ə qaldırıb. Son dönəmlər FED və MB-nin monetar siyasətində bir sinxronluq müşahidə edilir ki, bu da başa düşüləndir, çünki qərarda təkcə ölkə daxilində deyil, eyni zamanda xarici faktorların, ələlxüsus FED-in qərarları ilə dolların dəyər dinamikası nəzərə alınıb. Uçot dərəcəsinin yenidən qaldırılmasının səbəbinin ən sadə dildə ifadəsi budur ki, uçot dərəcəsi artırılırsa, əsas məqsəd inflyasiyanın cilovlanmasıdır. Tərs anlamda desək, uçot dərəcəsi artırılırsa, deməli inflyasiya səngimir, ona görə də, bu addım atılır. Digər bir maraqlı məqam isə Mərkəzi Bank yenə də 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozunu yenidən təsdiqləməsidir. Yəni 2022-ci ildəki inflyasiya 6 faiz bəndi azalacaq".
Publika.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov deyib.

İqtisadçı bildirib ki, verilmiş 8%-li proqnoz və davamlı uçot dərəcəsində olan artırılmalar ilk baxışdan təzadlı görünə bilər.
"Yəni inflyasiyanın 6 faiz bənd enərək 8%-ə düşəcəyi proqnoz edilirsə, niyə uçot dərəcəsi belə sürətlə qaldırılır? Axı uçot dərəcəsini qaldırılması həm də iqtisadi aktivliyi boğur, amma aşağı proqnoz və uçot dərəcəsinin artırılması arasında bir məntiqi əlaqə var ki, bu da uçot dərəcəsinin davamlı artırılması hesabına inflyasiyanın 8%-ə endirilməsinə nail olmaqdır.
Və bu qeyd etdiyim kimi həm xarici, həm də daxili faktorlardan dolayı vacibdir. May ayının 3-ündə sözügedən məsələ ilə bağlı növbəti qərar veriləcək. 8%-li proqnozu təkrar yadımıza salsaq, deyə bilərik ki, mayda uçot dərəcəsində yenə də artım olma ehtimalı yüksəkdir".
E.Əmirov bunun təsirlərinə də toxunub. Onun sözlərinə görə, uçot dərəcəsinin artırılması zamanı daha çox verilən sual manatın taleyilə bağlı olur.
"Bununla bağlı onu demək olar ki, hazırda manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur. Nəzərə alsaq ki, manatın arxasında 9 milyard dollardan artıq valyuta ehtiyatına sahib olan Mərkəzi Bank durur və manata ciddi təzyiq etməyə hazır olan dolların cilovunu əlində bərk-bərk sıxıb saxlayıb. Deməli, hələlik manatın məzənnəsilə bağlı hər hansı bir qorxu mövcud deyil. Cilovun nə qədər saxlanıla biləcəyi isə bir sıra faktordan asılıdır",- deyə iqtisadçı bildirib.
Ayşən Rəhim
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı






















.jpg)














