Sosial
"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşdı
"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasında dalanın yenidən qurulması yekunlaşıb.
Publika.az xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib. Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Həmçinin döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri görülüb. Orta yolların arakəsmə divarları tam yenidən inşa edilib.
Son mərhələ çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılıb və xüsusi boya maddələri vurulub.
Layihəyə uyğun qaydada, ümumi uzunluğu 1 000 metrə yaxın olan dalan yolları müasir dəmir-beton özüllər üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit bloklardan qurulub. 4 yoldan ibarət dalanda 6 yoldəyişdirici quraşdırılıb.
"Həzi Aslanov" stansiyasının dalanının və stansiyanın dayanıqlılığının artırılması 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilir.
Dalan yolları qatarların gecələməsini, çevik idarə olunmasını, qısa intervallarla hərəkətini, baxış və texniki xidmətini təmin edən mühüm infrastrukturdur. Uzunmüddətli istismar və ərazinin mürəkkəb hidrogeoloji şəraiti "Həzi Aslanov" stansiya dalanının konstruktiv elementlərinə qrunt sularının ciddi təsirləri və divarlarda eroziya əmələ gəlməsi ilə nəticələnmişdi.
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?











.webp)









.jpg)













