Sosial
Hüquq-mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyətindən razıyıqmı? - SORĞU
Müstəqilliyin bərpasından bu günə qədər dövlətin bütün istiqamətlərdə siyasəti təhlükəsizlik və ictimai sabitlik prioriteti ətrafında formalaşıb, bu siyasət dövlətin ali məramını təşkil edib. Sosial Tədqiqatlar Mərkəzinin müxtəlif dövrlərdə keçirdiyi rəy sorğuları təhlükəsizliyin və ictimai sabitliyin təmin edilməsi istiqamətində dövlət siyasətinə münasibətin yüksək olduğunu göstərib.
Mövzunun aktuallığını nəzərə alaraq, mərkəzin keçirdiyi növbəti rəy sorğusunda vətəndaşların hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ictimai sabitliyin qorunması sahəsində fəaliyyətinə münasibəti öyrənilib.
Publika.az xəbər verir ki, bu məqsədlə respondentlərə “Hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ictimai sabitliyin qorunması sahəsində fəaliyyətindən razısınızmı?” sualı ünvanlanıb.
Sorğu nəticələrinə əsasən, iştirakçıların 61,7%-i hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ictimai sabitliyin qorunması sahəsində fəaliyyətindən tam razı, 27,3%-i əsasən razı qaldığını bildirib.
İştirakçıların 2,9%-i bu sahədə fəaliyyətdən əsasən razı qalmadığını, 6,3%-i heç razı qalmadığını ifadə edib. Respondentin 1,8%-i bu barədə hər hansı fikri bildirməyib.
Nəticələrin gender aspektindən təhlili sorğuda iştirak edən kişi və qadınların hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ictimai sabitliyin qorunması sahəsində fəaliyyətindən bərabər səviyyədə razılığını göstərib.
Həmçinin bu sahədə fəaliyyət iştirakçıların təhsil səviyyəsindən asılı olmayaraq, onların əksəriyyəti tərəfindən yüksək qiymətləndirilib.
Analoji nəticə müxtəlif yaşayış məntəqələri, yəni kənd, qəsəbə və şəhər üzrə məskunlaşan respondentlərin rəylərində də müşahidə edilib.
Qeyd edək ki, sorğular 01-06 aprel 2023-cü il ərzində keçirilib, 18 yaşından yuxarı 384 respondent iştirak edib, könüllü iştirak və anonimlik prinsipləri təmin edilib. Sorğular telefonla müsahibə formasında keçirilib və 12 iqtisadi rayonu əhatə edib. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər edilib. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.
Ayşən Rəhim
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


















.jpg)







.jpg)


