Sosial
İşi pozan olmasa, Prezidentin sərəncamını həyata keçirmək olar - İqtisadçı
Azərbaycan Prezidenti İlham Əliyev "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək.
Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılmasına ehtiyac varmı? Olduğu təqdirdə reallaşdırma mümkündürmü? Bu, bizə nə verəcək?
Publika.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov suallara aydınlıq gətirib.

"Su ehtiyatlarımızın qorxulu dərəcədə az olması, Regiondakı hər 100 litr suyun cəmi 8-10 litrinin bizim olması, 8 rayondan keçib milyardlarla vəsait hesabına Bakıya uzadılan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin özünü tam doğrultmaması, Transsərhəd çaylarımızda qonşulardan olan asılılığımız, daxili su hövzələrimizin regionlarda olan təlabatı ödəyə bilməməsi və s. kimi ciddi səbəblər Xəzərin suyunun duzsuzlaşdırılmasına ehtiyac yaradır".
Onun sözlərinə görə əgər hər hansı subyektiv maraqlar ortaya çıxıb işi pozmasa, proses İsrail şirkətinə həvalə edilərsə və bu şirkətin fəaliyyətinə subyektiv əngəllər yaradılmasa, mümkündür.
"Nəzərə alsaq ki, ötən ilin sonlarına doğru Azərbaycan İnvestisiya Şirkəti ilə İsrailin “I.D.E. Water Assets Ltd” (“İDE”) şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Hansıki bu şirkət dünyada su və su tullantılarının emalı sahəsində məhşurdur. İsrail bu gün də dəniz suyunun duzsuzlaşdırılması hesabına su təlabatını ödəyir və bu işi orada deşək olar ki, İDE şirkəti həyata keçirir. Orada istifadə edilən hər 100 litr suyun 70 litri bu şirkət hesabına təmin edilir. 40 ildən çoxdur ki 40 ölkədə fəaliyyət göstərirlər. Nə az nə çox 400dən çox belə zavod tikib istismara veriblər. Belə şirkətlər üçün bu iş 2x2 kimidir. Faydalarına gəldikdə isə hədsiz çoxdur. Yuxarıda qeyd etdiyim kimi suyun bu qədər defisit olduğu coğrafiyada bu çox önəmlidir. Bu gün bir təhər keçiniriksə 50 il sonra daha çətin olacaq və həmin vaxt artıq burada oturuşmuş bir sistem olacaq. (Əgər hansısa subyektiv amillər mane olmasa)
Bölgələrdən Bakıya yönələn su ehtiyatları elə regionların özündə qalıb, kənd təsərrüfatının ehtiyaclarının nisbətən ödəyə bilər. Bir şərtlə ki, su ehtiyatlarının ədalətsiz bölgüsü aradan qaldırılsın və səmərəsiz istifadə həcmləri ciddi azaldılsın. Əgər Bakıda dəniz suyundan şirin su alıb, rayondakı şirin suyu torpağa axıdacağıqsa faydadan danışmaq olmaz".
E.Əmirov bildirib ki, pilot olaraq özünü doğrultmaması üçün hər hansı ciddi əsas yoxdur.
Amma nəzərə alaq ki ölkə başçısının imzaladığı fərman pilot layihə haqqındadır. Göstəriş var, ixra ediləcək. Sadəcə yuxarıda qeyd etdiklərim pilot layihə üçün yox, layihənin əsas mərhələsində geniş və tam miqyaslı işlərin icrasından və su təhcizatınnı həyata keçirilməsinə başlanılmasından sonrakı mərhələ üçündür. Belə layihələrin daha bir və ən vacib faydası Xəzərin tam başqa səmtində bura tökülən çayların suyundan 1000 km kənardan istifadə etmək imkanıdır. Xəzər dənizinin ərazisində irili-xırdalı 130-dək bura tökülən çay var. Bunlardan Xəzərə ən çox su gətirən Volqa çayıdır. Və bir də yaxşı tərəfi odur ki, ölkəyə uzaqdan nanotexnalogiya gətiriləcək, yaxından narkotika yox", - deyə o, yekunlaşdırıb.
Ayşən Rəhim
-
Sosial13:43Nazirliyin idarə rəisi vəzifəsindən azad edildi - FOTO
-
Rəsmi xronika13:13İlham Əliyev fərman imzaladı
-
İdman12:54Ronaldonun Corcinası planetin ən nüfuzlu iki modelindən biridir - FOTOFAKT
-
Nida Xəbər 12:08Bakının təhvil verdiyi ermənini İstintaq Komitəsinə apardılar: Dindirirlər
-
Dünya12:02Moskvada Britaniya kəşfiyyatçısı ifşa edildi: Görün harada işləyirmiş
-
Dünya10:54ABŞ göstəriş verdi: Təyyarədaşıyan gəmi bu bölgəyə gəldi
-
Elm və təhsil10:12VACİB AÇIQLAMA: Bu halda məktəblərdə...
-
MDB09:18“Ən varlı deputat” həbs edildi: Bu qədər pul mənimsəyib











.jpg)

























