Sosial
"Psixoloji pasport" abituriyentlərin intihar etməsinin qarşısını alacaqmı? - Qorxulu DETALLAR
Məktəb və universitet imtahanları şagirdlər üçün bir növ həyat imtahanına çevrilib. Valideynlər övladlarının ali məktəbə qəbul olmamasını faciəyə bağlayır. Bu səbəbdən son illər qəbul imtahanlarında az bal toplamış abituriyentlər arasında intihar halları artır. Bu, şagirdlərin, gənclərin psixoloji vəziyyəti ilə bağlı problemlərin mövcudluğu məsələsini aktuallaşdırır.
Mövzu ilə bağlı Publika.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, son 3 ildə tədrisin təşkili, şagird-müəllim münasibətləri, şagirdlərin məktəb daxili münasibətlərində ciddi şəkildə mənfi hallar çoxalıb.

“Düzdür, bizim şagirdlərimiz birmənalı olaraq pandemiya dövründə elektron resurslarla istifadə etməyə başladılar. Onlar yaş xüsusiyyətlərinə və psixologiyalarına uyğun omayan informasiyalar əldə etdilər. Nəticədə onların psixologiyaları bizim 2020-ci ildə qoyduğumuzdan tamam fərqli oldu. Elm və Təhsil Nazirliyi şagirdlərin geri qayıdışından sonra ortaya çıxa biləcək problemləri öncədən proqnozlaşdıra bilmədi. Şagirdlərin arasında bir-birinə qarşı kəsici, deşici alətlər ilə xəsarət yetirməsi halları, şiddət göstərmə və digər cəhdlərin sayı son 2 il ərzində hədsiz dərəcədə çoxaldı. Məlum oduğu kimi imtahan mövsümüdür, ailədaxili təzyiqlər də var. Bu da şagirdlərin intihara və cinayətə meyillənməsinə gətirib çıxarır”.
Ekspert abituriyentlərin intihara cəhdetmə hallarının səbəblərini açıqlayıb.
“Çox təəssüf ki, orta ümumitəhsil məktəblərində tədrisin keyfiyyətinin zəifliyi eyni zamanda şagirdlərlə psixoloji söhbətlərin aparılmaması yekun nəticədə intahara gətirib çıxarır. Biz burada, xüsusilə, valideynlər haqqında danışmalıyıq. Təəssüf ki, valideynlər arasında maarifləndirmənin az olması onların övladlarına qarşı fiziki və psixoloji şiddəti göstərməsinə səbəb olur. Valideynlərə izah etməliyik ki, ali məktəblərə qəbulla prosseslər bitmir. Kiminsə qəbul imtahanında yüksək bal toplamaması onun gələcəkdə əmək bazarında uğurlu fəaliyyət göstərməyəcəyi mənasına gəlmir. Dünyada heçnə sizin övladınızdan dəyərli ola bilməz. Ola bilər ki, uşaq universitetə qəbul olmasın, amma siz, əgər, təzyiq göstərsəniz onu birdəfəlik itirə bilərsiniz. Həmin uşaq bu il qəbul olmasa gələn il qəbul olma şansına sahibdir, amma o övladınızın bir daha geri qayıtmamaq imkanı var”.
Məlumata görə, şagirdlərin psixoloji pasportu hazırlanması prossesi davam edir. Mütəxəssislər hesab edir ki, bu cür monitorinqlər şagirdlər arasında intihar hadisələrinin qarşısını alacaq. Bu, mövcud risklərin azalmasına müsbət təsir göstərə biləcəkmi?
“Hesab edirəm ki, şagirdlərin psixoloji vəziyyətlərinin müəyyənləşməsi ilə bağlı psixoloji pasportlara ehtiyacı var. Psixoloji pasport ənənəvi şəxsiyyət vəsiqəsi və xarici pasport kimi kağız üzərində olmur. O, dünyanın bir sıra ölkələrində tətbiq edilən bir mexanizmdir. Bu, hər hansı bir elektron data bazadır və məktəbin psixoloqu, direktoru, direktor müavini şagirdlərlə bağlı ay ərzində keçirilən psixoloji testlər nəticəsində gəldiyi qənaəti ümumiləşdirib orada qeyd edirlər. Orada şagirdlə əlaqəli məlumatlar yazılır, onun hər hansı situasiyada, böhran vəziyyətində, affekt halındakı reaksiyaları müəyyənləşdirilir. Bununla belə əgər təhlükəli məqam varsa, o şagirdlə individual davranılmalıdır. Psixoloji pasport həm də şagirdlərin gələck karyera həyatlarında da onlara gərəklidir. Hesab edirəm ki, bu psixoloji testlər şəxsi informasiyadır və müəllimlərin əlinə keçməməlidir. Bu yalnız məktəb psixoloqlarının və direktor müavinləri tərəfindən izlənilməldir. Ailədaxili münaqişələr şagirdlərin psixoloji gərginlik yaşamasına səbəb olur. Bu ciddi məsələdir. Biz artıq sözügedən pasportu mütləq hazırlamalıyıq, çünki zəruridir və günün tələbidir. Tədrisin keyfiyyətinə bilavasitə təsir göstərəcək. Çox təəssüf ki, bu istiqamətdə fəaliyyət o qədər yüksək deyil. Prosses sürətlənməlidir. Məktəblərə əlavə psixoloq ştatı ayrılmalıdır. Çünki bu gün cəmi 2900 psixoloq sayı var və onların içində uşaqları anlaya bilən azdır”.
Ayşən Rəhim
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)


























