Azərbaycanlı və erməni jurnalistlərin Tbilisidəki görüşündə nələr yaşanıb?
Bizi izləyin

Sosial

Azərbaycanlı və erməni jurnalistlərin Tbilisidəki görüşündə nələr yaşanıb?

Türkiyənin himayəsi altında aprelın 29-da Tbilisidə Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistan jurnalistlərinin ilk görüşü keçirilib. Görüş “Cənubi Qafqazda sülh və medianın rolu” mövzusunda keçirilən dəyirmi masa çərçivəsində reallaşıb. Türkiyənin Beynəlxalq Jurnalistlər Şurasının təşkilatçılığı ilə keçirilən dəyirmi masada “Regional münaqişələrin həllində kütləvi informasiya vasitələrinin rolu” mövzusu müzakirə olunub.

Yekun olaraq , çətinliklə də olsa hər 4 ölkənin nümayəndə heyəti regional münaqişələrin həllində kütləvi informasiya vasitələrinin roluna aid 9 bəndlik razılaşma sənədi imzalayıblar.

Region ölkələrinin media, sosial platformlar və internet resurslarında kənar güclərin dezinformasiya və təhrif olunmuş məlumatlar üzərindən həyata keçirdiyi informasiya təxribatlarının regional təhlükəsizliyə formalaşdərdığı risklərə haqqında , bu növ risklərə qarşı immunitet formalaşdırmaq istiqamətində birgə əməkdaşlıq haqqında bənd də var. Görüşdə diqqətçəkən məsələlərdən biri də, şəxsən erməni cəmiyyətinin sülh prossesi ilə bağlı düşüncələridir. Bu kontekstdə erməni toplumu sülh sazişi istiqamətində atılan müsbət addımlarda maraqlıdırmı?

Görüşdə iştirak edən politoloq Yeganə Hacıyeva Publika.az-a açıqlaması zamanı bildirib ki, seminar geniş müzakirə mühiti yaradıb.

Onun sözlərinə görə, erməni cəmiyyəti hamılıqla sülh sazişinə razı olmasalar da, artıq həqiqəti anlamağa başlayıb.

“Bildiyimiz kimi erməni cəmiyyəti revaşinst bir toplumdur. Müharibə dönəmində və 30 il ərzində işğal etdikləri əraziləri öz torpaqları elan edən ermənilər torpaqların 44 günə əllərindən çıxmasının depressiyasını, hüznünü yaşayırlar. Eyni zamanda onlara “bu torpaqlar sizindir” deyərək əminlik verən hökumətə qarşı aqresiyyalıdırlar.

Həmçinin ümumi olaraq bütün dünyada erməni maraqları çərçivəsində sınmış ideologiya var. Hansı ki, bütün dünyada onlar erməni lobbisini bir şirkət kimi istifadə edərək onu 3-4 erməniyə işlədib milyonlar qazanırdılar. Ermənilər buna da dərin nifrət bəsləyirlər. Sülhün imzalanmmasını istəməyən toplumun kəsimləri, adətən revanşinst olan cəmiyyətdəndir. Ancaq sazişinin imzalanmasını istəyən ermənilər də var. Tam əhali olmasa da, cəmiyyətin bir hissəsi anlayır ki, bu yol onları övladlarının ölümünə aparır”.

Politoloq bildirib ki, Azərbaycan nümyəndələrinin çıxışının əhatəsi kənar güclərin regionda at oynatması və təhlükə yaratması istiqamətində olub.

“Amma burada öldürülən uşaqlar onların uşaqları deyil məhz region xalqlarının uşaqlarıdır. Hesab edirəm ki, onlar hamılıqla sülh sazişinə razı və hazır deyillər. Amma sual versəniz ki, "buzlar yerindən tərpənibmi, qismən əriyibmi", onda "bəli" deyəcəyəm.

Məsələ odur ki, indiyə qədər keçirilən tədbirlərdə erməni tərəfi ilk dəfədir ki, Qarabağın adını ümumiyyətlə tutmadı. Digər məsələ ondadır ki, iştirakçılar bizdən bir gün öncə Ermənistanın Gürcüstandakı səfiri ilə görüşüblər. Və görüş ərəfəsində də onlar mütəmadi olaraq tez-tez telefon vasitəsilə əlaqə saxlayırdılar. Başqa rəsmilərlə də əlaqə yaradaraq bəyannamədəki bəndlərin hər birini müzakirə edirdilər.

Onu da qeyd etməliyəm ki, biz 9 bəndi xeyli çətinliklə keçirə bildik.

Təklif olunan bəndlər 15 idi. Eyni məsələlər bir neçə dəfə müzakirə edildi. Kifayət qədər gərgin danışıqların nəticəsi olaraq bir neçəsini çıxardıq. Nəhayət ki, ümumi razılaşma sazişi qəbul etdik. Ümumiyyətlə bu prosesə Cənubi Qafqazda sülh sazişi ilə bağlı hərəkətlilik kontekstində baxmaq və yanaşmaq lazımdır. Çünki bu günlərdə də sülh sazişinin imzalanması ilə bağlı müəyyən addımlar atılır.

Bu da ehtimal etməyə əsas verir ki, tam sülh sazişi imzalanmasa belə onun çərçivəsi imzalanacaq”,- deyə Hacıyeva yekunlaşdırıb.

Qeyd olunur ki, seminarda erməni və azərbaycanlı jurnalistlər medianın “sülh dili” və davamlı sülh üçün mühüm rol oynaması barədə razılığa gəliblər.

Bundan əlavə, bölgə xalqlarının bir-birinin mədəni strukturlarını yaxından tanıması, sülhün əsasını təşkil edəcək müştərək iqtisadi layihələr və sərmayələrlə bağlı dəstəkləyici nəşrlərin hazırlanması qərara alınıb.

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm