Sosial
Azərbaycan əhalisinin neçə faizi Ermənistanla sülh istəyir? - Sorğu
Ölkə əhalisinin 77,3%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini dəstəklədiyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.
Sorğu əsnasında ilk növbədə respondentlərin Azərbaycan və Ermənistan arasında sülh razılaşması ilə bağlı prosesləri və xəbərləri izləmələrinə dair məlumatlılıq səviyyəsi öyrənilib. Nəticələrə əsasən, respondentlərin mütləq əksəriyyəti və ya 85,2%-i Azərbaycan və Ermənistan arasında sülh razılaşması ilə bağlı prosesləri və xəbərləri izlədiyini qeyd edib. Respondentlərin cəmi 14,8%-i prosesləri izləmədiyini bildirib.
Ümumilikdə, vətəndaşlara ünvanlanan “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmasını dəstəkləyirsiniz?” sualı ilə bağlı rəy sorğusunun nəticələrinə əsasən, iştirakçıların 77,3%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini dəstəklədiyini bildirib. 20,6% respondent bu barədə əks mövqedə qərarlaşıb, 2,1%-i fikir bildirməkdə çətinlik çəkib.
Nəticələrin gender aspektdən təhlili sözügedən mövzuda kişi və qadınların bərabər səviyyədə müsbət mövqedən çıxış etdiyini göstərib.
Nəticələri respondentlərin təhsil səviyyələri üzrə təhlil etdikdə ali təhsillilərin 82,7%-i, orta təhsillilərin 72,2%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini dəstəkləyib.
18-24 yaş qrupunu təmsil edənlərin 76,9%-i, 65-dən yuxarı yaş qrupuna mənsub olanların 87,3%-i analoji mövqedən çıxış edib.
Ayşən
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi










.jpg)
























.jpg)

.jpg)