Sosial
Bu qələbə region üçün nə vəd edir? - Proqnoz 1,20 trilyon dolları göstərir - ŞƏRH
"Dünən Türkiyədə keçirilən seçkinin ikinci turunda hazırkı prezident Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib. Cənab Ərdoğan və onun komandası daha 5 il Türkiyəni idarə edəcək. Hökumətdə dəyişikliklər olacağı annonsu daha öncədən verilmişdi və bu səbəbdən də xeyili sayda kabinet üzvü artıq parlamentdə təmsil olunur. Bu isə o deməkdir ki, Türkiyədə hazırkı prezidentinin yenidən seçilməsi kontekstində ölkə növbəti 5 ilə daha fərqli proqramlar ilə daxil olacaq".
Publika.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, son illər qardaş ölkə iqtisadiyyatında müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən, Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb.
"2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmazsa bu il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq. Bununla yanaşı, qısa müddətli dövrdə ən ciddi iqtisadi hədəf qiymətlərin optimallaşdırılması və məzənnə stabilliyinə nail olmaqdır. Pandemiya və Rusiya-Ukrayna müharibəsi səbəbindən son illər Türkiyədə yüksək inflyasiya qeydə alınmaqdadır. Ötən il 72.31 faiz inflyasiya qeydə alınan qardaş ölkədə bu ilin aprel ayında qiymətlər 43.68% artıb. İnflyasiya səviyyəsinin müqayisəli azalmasına baxmayaraq hələ də qiymətlərin optimallaşdırılması əsas prioritetlərdən olaraq qalmaqdadır.
Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir. Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur. Bu isə o deməkdir ki, qardaş dövlət növbəti illərdə iqtisadiyyatın keyfiyyətcə daha da genişləndirilməsinə nail ola bilər. Turizm gəlirləri fonunda innovativ sənaye məhsulları ixracatı ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradacaq", - millət vəkili deyib.
V.Bayramov qeyd edib ki, Türkiyə Azərbaycanın haqq işinə hər zaman dəstək verən ölkələrdəndir. İstər Vətən müharibəsində, istərsə də Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesində Türkiyənin dəstəyi hər zaman hiss edilib.
"İşğaldan azad olunan ərazilərimizdəki hər iki beynəlxalq hava limanlarının açılışında, Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlqoyma mərasimində Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı və eləcə müttəfiqlik bəyannaməsinin Şuşada imzalanması da bunları təsdiq edir. Bu isə o deməkdir ki, Ərdoğanın yenidən seçilməsindən sonra iki ölkə arasında birgə strateji əməkdaşlıq daha da dərinləşəcək. Bütövlükdə, Türkiyədə seçkinin nəticələri region üçün də əhəmiyyətli idi. Ərdoğanın yenidən president seçilməsi mövcud regional düzənin daha da möhkəmlənməsinə şərait yaradacaq".
İqtisadçı Eldəniz Əmirov Publika.az-a açıqlamasında bildirib ki, bu qələbə Türkiyənin makroiqtisadi sabitliyinə və maliyyə bazarlarına təsirsiz ötüşməyəcək. Lakin Türkiyənin xarici və iqtisadi siyasətəndə hər hansı dəyişiklik gözlənilmir.
Ərdoğanın ucuz lirə siyasətini davam etdirəcəyi gözlənilir. Aşağı faiz dərəcələri, məhdudlaşdırıcı xarici valyuta tənzimləmələri və yüksək inflyasiya valyuta böhranını dərinləşdirə bilər. Amma umidverici məqamlar çoxdur. Qaradənizin və Aralıq dənizinin böyük karbohidrogen ehtiyatlarının bu ölkə üçün geniş imkanlar yaradacağı şübhəsizdir. Yaxın müddətdə Türkiyə xaricdən 99% enerji asılılığını 25% azalda biləcək. Hələ Aralıq dənizindən də daha böyük xoş xəbərlər gözlənilir".
Onun sözlərinə görə, aparılan yaxın şərq siyasəti uğurlu olarsa, perspektiv dövr üçün Türkiyə Avropanın enerji təminatında həm də təhcizatçı kimi çıxış edə bilər.
"Bu siyasət eyni zamanda Orta Asiya, Azərbaycan və Yaxın Şərqə məxsus karbohidrogen ehtiyatlarının Türkiyədə birləşərək hab yaratmasına imkan verə və onu logistik mərkəzə çevrilə bilər. Türkiyə həm də Orta Asiya və oranın bazarları uğrunda Çinlə mübarizə aparan əsas ölkələrdən birinə dönməyə başlayır. Bu işdə isə Azərbaycanın dəstəyi çox böyükdür.
Bu ölkənin ixrac imkanları da getdikcə artır, həm də bu xammal və ya kəndli babanın yığdığı kartof-soğan hesabına yox, böyük elmi-texnoloji naliyyətlərə əsaslanan istehsal məhsullarına əsaslanır. Bu baxımdan ixracda hərb sənayesinin payının sürətlə artması şübhəsizdir. Unutmayaq ki, söhbət 200-ə yaxın sənaye zonası, 100-ə yaxın texnoparkı olan və 170-dən çox ölkəyə müdafiə sənayesi məhsulları ixrac edən bir ölkədən gedir. Ərdoğanın prezident olacağı növbəti beş il ərzində iqtisadiyyatın əsas göstəricisi olan ÜDM-lə bağlı proqnozlar da pis deyil. 2024-cü ildə 1,09 trilyon dollar, 2025-ci ildə 1,15 trilyon dollar, 2026-cü ildə 1,20 trilyon dollar, 2027-cü ildə 1,27 trilyon dollar, 2028-cü ildə 1,33 trilyon dollar olacağı proqnozlaşdırılır. Göründüyü kimi növbəti 5 il üçün təhlil və proqnozlar Türkiyə iqtisadiyyatı üçün heç də pis deyil.
Analoji dinamika baxımından proqnozun doğrulma ehtimalına nəzər salsaq görərik ki, 2020-ci ildə 720 milyard dollarlıq Türkiyə ÜDM-i 2021-ci ildə 11.4 % artaraq 817,5 milyard dollar çatıb. 2022-ci ildə isə ÜDM-i 905 milyard dollar gəlib çatib ki, bu da 2020-ci ilə müqayisədə 25% çoxdur. R.Ərdoğanın növbəti prezidentlik dönəmində Türkiyə iqtisadiyyatını 1,33 trilyon dollar qaldırması əslində mümkündür".
Ayşən Rəhim
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO