Sosial
Taksilərə "nəzarətçi" dəyişir - Qiymətlər artacaq?
Son vaxtlar paytaxtda taksi fəaliyyəti ilə bağlı bir sıra narazılıqlar mövcuddur. Bu narazılıqlar müxtəlif səbəblərə görə baş verir. Həm taksi xidmətindəki mövcud qiymətlərin bahalılığı, həm də sürücülərin davranışları insanları narahat etməyə başlayıb.
Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) bir müddət öncə “Bolt” və “Uber” şirkətlərinin sürücüləri ilə bağlı bir sıra tədbirlər görüləcəyi barədə məlumat yaymışdı. Bildirilib ki, bu tədbirlər sərnişinlər tərəfindən daxil olan şikayətlər əsasında gerçəkləşəcək.
Ekspertlər bildirib ki, Bakıda taksi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Taksi şirkətlərinə tapşırıqlar verilib və xəbərdarlıq edilib.
Nəqliyyat məslələri üzrə ekpsert Elməddin Muradlı vurğulayıb ki, taksi sürücüləri ilə bağlı neqativ hallar olanda müraciət etmək üçün heç bir "qaynar xətt" fəaliyyət göstərmir, buna görə də vətəndaşlar məcbur olub polisə müraciət edirlər.

“Taksi fəaliyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyinə verildikdən sonra, bu istiqamətdə ciddi tədbirlərin görüləcəyinə ümid etmək olar.
Bu sahəyə nəzarət etmək üçün Vahid İdarəetmə Mərkəzi yaradılmalıdır. Taksi fəaliyyətinin tənzimlənməsində mexanizmlər qurulandan sonra bu cür neqativ halları da vaxtında aşkarlamaq mümkün olacaq. Bu gün hər adamın maşının üstünə "şahmat" qoyub, taksi sürücüsü işləməyi düzgün deyil. Yəni bu, bir xidmət sahəsi olaraq belə olmamalıdır".
Qeyd edildiyi kimi, taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı qayda qüvvəyə minərsə, bu mövcud taksi fəaliyyətinə necə təsir göstərəcək? Ucuz taksi dövrü geridə qalacaq?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Publika.az-a açıqlamasında bildirib ki, taksi xidmətlərinin ödənişi artmayacaq.

“Qeyd etmək lazımdır ki, taksi və taksi operatoru şirkətləri ölkənin qanunlarına əməl etməyə borcludurlar. Xüsusilə də taksi xidmətinin fəaliyyəti ilə bağlı bir sıra tələblər mövcuddur və bu tələblərə həmin şirkətlər əməl etməlidirlər.
Qanunları pozduqları təqdirdə sözsüz ki, onlara qarşı sanksiya tətbiq edilə bilər. Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı qaydaların qüvvəyə minməsi yaxşı haldır. Mənfi hər hansı hal yoxdur. Çünki vətəndaşlar taksi xidmətindən istifadə etdikləri zaman əmin olmalıdırlar ki, onlar mənzil başına sağ-salamat gedib çatacaqlar. Qaydalar tətbiq edildikdən sonra, qanuni fəaliyyət bərpa edildikdən sonra, qiymətlərin yüksələciyinə inanmıram. Taksi tarifləri dəyişən olduqları üçün birmənalı şəkildə qeyd etməliyik ki, taksi xidmətlərinin ödənişi yüksəlməyəcək”.
Ayşən Rəhim
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı



























.png)


.jpg)



