Sosial
15 min qaz sayğacı MTK-lara pulsuz verildi - FOTO
“Cari ilin doqquz ayı ərzində SOCAR “Azəriqaz” İstehsalat Birliyinə daxil olan müraciətlər əsasında müvafiq sənədlər təqdim olunmaqla 15 min məişət tipli qaz sayğacı MTK tipli binalara ödənişsiz təhvil verilib”.
Publika.az “Azəriqaz”a istinadla xəbər verir ki, bu sözləri Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib.
Şöbə rəisi həmçinin 2023-cü ilin 9 ayı ərzində 140 min dövri yoxlama müddəti başa çatmış məişət tipli qaz sayğacının yenilənməsi işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. “Növbəti ildə isə 250 min dövri yoxlama müddəti başa çatmış məişət tipli qaz sayğacı əvəzlənəcək”, – deyə qurum rəsmisi əlavə edib.
Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev isə cari ilin 9 ayı ərzində sözügedən şöbəyə daxil olan müraciətlərin sayını açıqlayıb. Onun sözlərinə görə, yanvar–sentyabr ayları ərzində müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 8675 müraciət daxil olub ki, bunlardan 3915-i müvafiq proqram vasitəsilə, 4760-i isə elektron formada daxil olub.
“Opentext” proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin doqquz ayı ilə müqayisədə 705 müraciət az təşkil edir. Göndərilən müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlıdır”,-deyə şöbə rəisi qeyd edib.
Daha sonra görüş jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.
-
Ekologiya10:36Dünya buz dövrünün astanasında: Vaxt daralır, millətin mövcudluğu təhlükə altındadır
-
Sosial09:36Rusiya və Gürcüstanda 5, bizdə 10 faiz - Deputat bu verginin azaldılmasını təklif edir
-
MDB09:12Qonşuda avtomobillər rekord həddə bahalaşdı: Səbəbi bəllidir
-
Region08:10Türkiyədə ard-arda 3 güclü zəlzələ baş verdi
-
ABŞ07:55Tramp şatdauna son qoyan qanunu imzaladı
-
Magazin207:3563 yaşlı Demi Mur göz qamaşdırdı - Fotolar
-
İnanc05:45Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə! - Artıq bu da tələb olunacaq
-
Avropa02:19Almaniyada Milad bazarı açılmayacaq - Terror təhlükəsi var











.jpg)








.png)













.jpg)

.jpg)
