İdman
Millimizlə oyunda het-trik edən futbolçu əfsanənin oğlu imiş - FOTO
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ötən gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
Publika.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və 1:6 hesabı ilə uduzub.
Bu görüşdə rəqib komandanın heyətində Lui Tomas Buffon het-trik edib.O, İtaliya futbolunun canlı əfsanəsi Canluici Buffonun oğludur.
17 yaşlı hücumçu hazırda A Seriyasında çıxış edən “Piza” klubunun futbolçusudur. O, milli komanda baxımından çexiyalı olan anasının ölkəsini seçib. Luinin anası aparıcı və model Alena Şeredovadır.
Qapıçı atasından fərqli olaraq hücumda çıxış edən Lui Buffon bu qollarla Çexiyanın U-19 yığmasında ilk dəfə fərqlənib. Üstəlik, o, bir məhsuldar ötürmə də verib.
Qeyd edək ki, Lui Buffonun A Seriyasında debütü 2025-ci il oktyabrın 5-də “Bolonya” ilə matçda baş tutub.
Heybət

-
Ekologiya20:00Bəzi rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA
-
İdman19:48Ərəb investorları Rusiya klubunu almaq istəyirlər
-
Magazin119:24Samirə Milan küçələrində pozalar verdi - FOTO
-
Sosial18:12Azərbaycanda 9 nəfər bu əməllərinə görə SAXLANILDI
-
İqtisadi gündəm17:59Azərbaycan İnvestisiya Holdinqi təmizlik işlərinə 200 min manat ayırdı
-
Səhiyyə17:4945 dəqiqə dayanan ürəyi işə salan həkim danışdı - VİDEO
-
Hadisə17:09Tiktoker Nahid Nəsirov saxlanıldı
-
İdman15:51Məşhur məşqçini Bakı küçəsində qəzaya görə döydülər

































