Sosial
Şuşada evlilik təklifi fotosu: realdır, ya qurama?
Sosial media platformalarında azərbaycanlı istifadəçilər tərəfindən paylaşılan bir şəkil geniş müzakirələrə səbəb olub. Sözügedən şəkil Azərbaycan ordusunun mənsubunun Şuşə qalası qarşısında bir qıza evlilik təklif etməsini əks etdirir.




Publika.az xəbər verir ki, Faktyoxla Lab. müzakirələrə səbəb olan fotonun real olub-olmadığını araşdırıb.
Fraqment 1. Şəkilin arxa fonunda qala divarlarını incələdikdə bəlli olur ki, fotoda görüntülənən ərazi Şuşa qalasının nə girişi, nə də çıxışıdır.

Fotoda görünən qala divarlarının bürcləri Şuşa qalasında yoxdur.
Fraqment 2. Arxa fonda müşahidə etdiyimiz digər bir yanlış isə Azərbaycan bayrağının tərsinə asılmasıdır.

Fraqment 3. Qala divarlarında 2 çələng görünür. Azərbaycan adətlərində çələng asılması kimi bir adət yoxdur.

Fraqment 4. Şəkildə evlilik təklif edilməsini əks etdirən əsgərin hərbi geyimi Azərbaycan XTQ-nin hərbi geyimidir. Əsgərin formasında və qoruyucu dəbilqəsində cizgilər detallı şəkildə görünsə də silahabənzər bir detalın “blur” halı diqqət çəkir.

“Blur hadisəsi” adətən hərəkət zamanı çəkilən şəkillərdə olur. Nəzərə alsaq ki, əsgər hərəkətsizdir və digər detalların cizgiləri aydın şəkildə göründüyü üçün həmin silahın da detallı şəkildə görünməsi lazım idi.
Məsələn, qatar gözləyən qızın fotosunda qız hərəkətsiz dayandığı üçün normal, qatar isə sürətli hərəkət etdiyi üçün “blur” görüntülənib.

Fraqment 5. Qızın əlindəki gül buketindəki ən aşağıdakı gülün üzərində qar dənələri olduğu halda, digər birinin zərində heç bir qar dənəciyi görünmür.

Fraqment 6. Azərbaycan Ordusunun xüsusi təyinatlıları hərbi əməliyyatlardan başqa heç bir halda tam təchiz olunmuş ekipirovkada, silahla mülki ərazidə görünə bilməz.
Sözügedən şəkil süni intellektlə düzəldilib. Reallığa yaxın şəkillərin hazırlanması üzrə ixtisaslaşmış ən məhşur süni intellekt saytı “midjourney”dir. Sözügedən saytda orijinaldan fərqlənməyəcək dərəcədə reallığa yaxın şəkillər sifariş vermək mümkün olsa da, süni intellekt məhsulu olmasını təsdiqləyən səhvlər buraxılır. Məsələn, insanın 5 barmağı deyil, 4 və ya 6 barmağının olması, üz cizgilərində aşıq-aşkar yanlışlıqlar, əzalarda deformasiya Sİ məhsulunu realdan fərqləndirən detallardı.


Bu araşdırmamız zamanı şəkilin digər bir süni intellekt saytında düzəldildiyini müəyyənləşdirdik. Şəkil https://getimg.ai/ adlı süni intellekt saytında düzəldilib.


Nəticə:
- “Azərbaycan əsgəri sevdiyi xanıma Şuşa şəhərində evlilik təklif etdi” adında paylaşılan şəkil real deyil.
- Şəkil süni intellekt saytı vasitəsilə hazırlanıb.
-
Sosial02:12Azərbaycanda broyler yumurtaları da BAHALAŞDI - VİDEO
-
Hadisə00:30Polkovnik Ramaldanovun AİLƏSİNDƏ FACİƏ - 2 qohumu həlak oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz görüşlər gündəminizi dəyişə bilər
-
Avropa14 Dekabr 22:48Fiko Ukraynanı qara dəliklə müqayisə etdi
-
Əmlak14 Dekabr 22:36Bakının məşhur universitetində SÖKÜNTÜ BAŞLAYIR
-
İdman14 Dekabr 22:00“Qarabağ”ın prezidenti Əkbərə klubun formasını təqdim etdi - VİDEO
-
Yaxın Şərq14 Dekabr 21:36Suriyada İŞİD-ə qarşı əməliyyat başladı
-
Sosial14 Dekabr 21:12Bakıda bəylə gəlin toyu RİNQƏ ÇEVİRDİ - VİDEO



















.jpg)














