Sosial
“Sevgililər Günü”ndə gül hədiyyə etmək çox təhlükəlidir - ŞOK SƏBƏBLƏR
Qızılgüllər dünyada ən məşhur və gözəl çiçəklərdir. Lakin onu hədiyyə etmək gözəl olduğu qədər də risklidir. Bəs bunun səbəbi nədir?
Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" "Sevgililər Günü və ya hər hansı bir gündə qızılgül vermək niyə pis qərardır" başlıqlı məqalə dərc edib.
Bildirilib ki, ABŞ-da satılan güllərin 80 faizi xaricdən, əksəriyyəti Kolumbiya və Ekvadordan gətirilir. Təzə qalmaları üçün çiçəklər soyuducu yük maşınları ilə hava limanlarına daşınır. Hava limanında onları Mayamiyə gedən təyyarəyə yükləyirlər.

Nəşr yazır ki, fevralın 14-nə qədər həftələr ərzində hər gün Kolumbiyadan 30-dan çox uçuş Mayamiyə çiçək daşıyır. Qızılgüllər mağazalara çatanda onların yığılmasından 48 saat keçmiş olur. İstənilən vaxt, hər yerdə satıla bilən bu çiçəklərin kütləvi istehsal yarışı təbiətin məhvinə böyük töhfə verir.
Bu proses təkcə ABŞ-da bu cür getmir. Çiçəklərlə dolu təyyarələr hər gün dünyanı dolaşır. Nəticədə təzə çiçəklər böyük bir karbon izi ilə 34 milyard dollarlıq qlobal sənaye kimi ortaya çıxır.

"Ən əsası, sənayenin hava nəqliyyatından uzaqlaşması lazımdır. Bəzi şirkətlər artıq güllərin dəniz yolu ilə daşınması ilə bağlı təcrübələrə başlayıblar ki, bu da emissiyaların daha az olmasına səbəb olur. Əksər Qərb ölkələri hələ də ayrı-ayrı sektorlardan hava nəqliyyatından asılılığını azaltmağı tələb etməyiblər", - məqalədə vurğulanır.
Roza Şəfiyeva
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi










.jpg)
























.jpg)

.jpg)