Sosial
Adəmin ardınca qaçan uşaqlar: Narkotikdən də, silahdan da təhlükəlidir - VİDEO
Azərbaycanda “Tiktok “ sosial şəbəkəsi istifadəyə verildikdən dərhal sonra bir çoxlarının dırnaqarası məharəti meydana çıxdı. Elmdən, təhsildən uzaq insanlar bu şəbəkə vasitəsilə özlərinin mənəvi dəyərlərimizə zidd olan hərəkətləri ilə məşhurlaşmağa başladılar. Təəssüflər olsun ki, həmin şəxslərin məşhurlaşmasında xalq olaraq bizim də rolumuz böyük oldu. Bəzilərimiz tənqid etmək üçün, bəzilərimiz isə vaxt keçirmək üçün bu insanların izləyicisinə çevrildik.
Elə son günlərdə televiziya kanallarına qədər gedib çıxan Adəm və atası da bu "məşhurlar"ın sırasında oldu. İlk vaxtlar söyüşləri ilə "məşhurlaşan", sonra isə atasının qadınlarla canlı söhbətlərinə qatılan bu azyaşlının artıq yüz minlərlə izləyicisi var.
Məktəbdə elm-təhsil almaq əvəzinə, mənliyini, əqidəsini pula satan insanlarla “Tiktok”da vaxt keçirən bu uşağın gələcək taleyi atasını qətiyyən narahat etmir. Əksinə, ondan gəlir mənbəyi kimi istifadə edərək, özü də bu şəbəkədən pul qazanır.
Ötən həftə onun Ağcabədi rayonunda böyük kütlə tərəfindən qarşılanması və həmin kütlənin böyük bir hissəsinin məktəblilərdən ibarət olması insanlarda narahatlıq doğurdu.
Demək ki, bu uşaqlar da onu izləyib, onu tanıyıb və məşhur olduğunu düşünərək onun ardınca qaçıb şəkillər çəkdirib, onunla yaxından tanış olmaq istəyiblər. Və təbii ki, bu uşaqların arasında özlərini ona bənzətmək istəyənlər də az olmayacaq.
Əslində həmin video gələcək nəsillərimizin hansısa bir fəlakətin astanasında olduğundan xəbər verir.
@publika_tv Adəmin ardınca qaçan uşaqlar: Narkotikdən də, silahdan da təhlükəlidir! #adem #adəm #sonxəbər #sonxeber #ənsonxəbər #ensonxeber #xəbər #xeber #xəbərlər #xeberler #publika #publikaaz #sondeqiqe #sondəqiqə #fypage #fypシ゚viral #fypシ #viraltiktok #viralvideo #viral #fyp #kewfetde #kewfetdengelenler #kewfetten #kewfetdeyiz #kewfetteyiz #kewfet #keşfet #kəşfet ♬ orijinal ses - Publika TV ✅
Belə bir ailəni məşhur bilən, onun fanatına çevrilən bu uşaqların hansı gələcəyi ola bilər?
Mövzu ilə bağlı Publika.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bu işdə birbaşa məmurların günahkar olduğunu bildirdi.
Sosioloq bildirdi ki, burada günah nə həmin uşaqlardadır, nə də bir az dərindən götürsək, Adəmdə.
“Günah indiki vaxtda ölkədə gənclər, təhsil, humanitar siyasətlə məşğul olan məmurlardadır. Bu aydın məsələdir ki, bütün dünyada böyük bir qloballaşma prosesi gedir, cəmiyyət günü-gündən mürəkkəbləşir. Bu da insanların xarakterinə təsir edir.
Sosial psixologiya elmində, bunların hamısının izahı var. Mənim təklif etdiyim “Ahəngyol” elmində lap aydın izah olunur ki, hər hansı bir davranışın formalaşmasında 4 amil mühüm rol oynayır.
Bunlardan birincisi insanın öz şəxsi, psixoloji xüsusiyyətləridir, ikincisi mühit, üçüncüsü aldığı informasıyanın məzmunu və intensivliyidir, dördüncüsü üstünlük verdiyi dəyərlərdir.
Bizim təhsil sistemində, gənclər sahəsində fəaliyyət göstərən qurumlar, humanitar siyasətimizə cavabdeh olan məmurların elmin bu sahələri barədə aydın təsəvvürləri yoxdur. İndiki cəmiyyəti elmin köməyi olmadan yönəltmək, idarə etmək mümkün deyil.
Deyirlər ki, filan sahəyə professoru rəhbər qoymuşuq. Həmin adam fizika sahəsində, biologiya sahəsində professor ola bilər. Bu onun öz işidir. Ancaq bu sahədəki məmurlar sosial işlə, cəmiyyətlə, sosial psixologiya ilə bağlı biliklərə malik olmalıdır. Təəssüf ki, onların bu sahədəki bilikləri arzu olunan səviyyədə deyil. Ona görə də ölkədə belə bir vəziyyət yaranır. Çünki məmurlar özləri bilmir ki, nə iş görmək lazımdır.
İndiki vaxtda cəmiyyətdə gedən proseslərə elmin köməyindən istifadə etmədən arzu olunan şəkildə müdaxilə etmək mümkün deyil.
Əgər Adəmin yaxşı bir mühiti olsaydı, onun bu keyfiyyəti üzə çıxınca, atası və özü mənəvi aşınmaya məruz qalınca, yaxşı keyfiyyətləri üzə çıxardı. Biz deyə bilmərik ki, “Tiktok”u, sosial şəbəkələri qadağan edək. Normal cəmiyyətdə bu, insanların bir atributudur. Biz bu modeldən istifadə etməliyik.
Deyək ki, ətrafında xəstəlik yayılır. Sən öz uşağını bütün xəstəliklərdən qoruyursan. Bir də var, sən uşağının bədənində elə immunitet yaradırsan ki, heç bir xəstəlik ona təsir eləyə bilmir. Sən uşağını nə qədər qorusan da, bir yerdən yoluxur, amma özü sağlam olanda, yanından nə qədər xəstə keçir, keçsin, ona təsir eləmir.
Biz də siyasətimizi bu prinsipdə, bu model əsasında qurmalıyıq. Buna təhsil sistemi də diqqət verməlidir, Şagirdlərlə də bu barədə açıq söhbət eləmək olar. Sosial şəbəkələrdə vaxt keçirmək onların mənəviyyatına nə qədər pis təsir edir, gələcəkdə onlar üçün nə cür ziyanlı olduğu barədə aydın təsəvvür yaratmaq lazımdır. Bu o demək deyil ki, bu barədə danışmaq ayıbdır. Sən “ayıbdır deyəcəksən”, o da gedib telefonu əlinə alıb baxacaq. Sən ona immunitet yaratmırsan. Biz immunitet yaratmaq istiqamətində işlər görməliyik".
Əhməd Qəşəmoğlu mövzu haqqında fikirlərini davam etdirərkən deyib ki, sosial şəbəkələrdə kimin ağlına nə gəlir onu paylaşır. Buna da nəzarət etmək lazımdır:
"Bizə aydındır ki, ictimai yerlərdə insanlar müəyyən bir davranış normalarını qorumalıdır. Yəni bu normaları pozmaq olmaz. Bu qaydaları pozanlara xuliqanlıq adı ilə cəza da verirlər. Artıq sosial şəbəkələr ictimai yerlərdən də artıq insanlara təsir edir. Əgər, “Tiktok”da kimsə narkotik maddə satarsa, silah satarsa, dərhal onu tapırlar. Ancaq biz bunu qəbul edə bilmirik ki, bu cür mənəvi dəyərlərə təsir edən davranışlar o narkotikdən də, o silahdan da daha təhlükəlidir. Bu məsələlərə də nəzarət olunmalıdır. Nəzarət o demək deyil ki, hamısını həbs edəsən. Onlarla profilaktik izahlar aparıla bilər. Əgər insanların mənəviyyatına təsir edən işlərlə məşğuldurlarsa, həmin adamlar çıxarılıb lap televiziyalarda tənqid də edilə bilər.
Mən bir mütəxəssis kimi deyə bilərəm ki, bu sahədə bizim xeyli işlərə ehtiyacımız var, həmin işlərdən az bir qismi də yerinə yetirilmir. Ona görə ki, məmurlar özləri də bilmirlər ki, nə etmək lazımdır. Bu istiqamətdə bizim humanitar, gənclər, təhsil siyasətimiz dəyişsə, konkret tövsiyələrimiz olacaq, qanunvericilikdə də müəyyən dəyişikliklər ola bilər. Elmi əsaslarla hazırlanmış bir fəaliyyət proqramına ehtiyac var. Bu fəaliyyət proqramını yaratmaq lazımdır”.
Gülnar Süleymanova
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq22 Noyabr 20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?