Sosial
Bakıda təntənəli bayram konserti keçirildi - VİDEO/YENİLƏNDİ
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda təşkil edilən konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
Qeyd edək ki, konsert proqramında xalq artistləri, estrada müğənniləri, rəqs qrupları iştirak ediblər.
***
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda Azərbaycanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilir.
Publika.az xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbənin dördüncü ildönümü ölkəmizin hər yerində olduğu kimi, paytaxtda da böyük sevinclə qeyd edilir.
Biz Azərbaycan xalqı olaraq bu tarixi qələbənin şahidi olduq. Bu gün qürurla deyə bilərik ki, biz qalib ölkənin vətəndaşlarıyıq. Bu əlamətdar gün xalqımızın birlik, şərəf və qürur bayramıdır. Azərbaycan xalqı tariximizə qızıl hərflərlə yazılmış bu günü bayram coşqusu ilə qeyd edir.
Bayram tədbirinin keçirildiyi ərazi, mərkəzi küçələr və prospektlər, istirahət parkları Vətən müharibəsindəki Şanlı Zəfərin dördüncü ildönümü ilə əlaqədar bayramsayağı bəzədilib, Zəfərə həsr edilən plakatlar asılıb. Binaların eyvanlarında ölkəmizin üçrəngli bayrağı dalğalanır.
-
Enerji15:39Dizel yanacağı ucuzlaşacaq
-
Region15:29Erməni əsgərin güllələnmiş meyiti tapıldı
-
MDB14:45Məşhur çay bakteriyaya görə qadağan olundu - Azərbaycanda da satılır
-
Sağlamlıq13:20Miopiya 21-ci əsrin epidemiyasıdır: Uşaqların 40%-də bu problem olacaq
-
İdman12:02Arda Turanın təyinatı ilə bağlı paylaşımı sildi
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
Digər09:18Məhbuslar arasında növbəti dava - 2 nəfər öldü
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
















.jpg)







.jpg)








.jpg)



