Sosial
"Azpulmat" və "Manato"ya borcu olanlara ŞAD XƏBƏR - Qaydalar dəyişdi
Son illər "Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarına (BOKT) üz tutan insanların sayı artıb. Bu kimi təşkilatların kredit faizləri və şərtləri zaman-zaman vətəndaşlar tərəfindən etirazla qarşılanırdı. Ödənişlərin qaytarılmasında ciddi problemlər yaranırdı.
Publika.az xəbər verir ki, artıq məsələyə ciddi nəzarət olunacaq və bank olmayan kredit təşkilatlarının fəaliyyəti "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası" əsasında təşkil olunacaq.
Bundan sonra "Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatları ən çox 500 manat kredit verə biləcəklər və gündəlik faiz dərəcəsi maksimum 0,3 faiz ola bilər. Yəni 500 manat kredit üçün aylıq 45 manat faiz hesabalana bilər, çox yox.
Borcun qaytarılma müddəti də 45 gün olacaq.
Ən problemli məsələlərdən biri isə gecikdirilmiş borclarla bağlı idi. Bu məsələdə öz həlini tapıb. Gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır. Gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır. Kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100%-dən çox olmamalıdır.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto













.jpg)










_(1).jpg)










