Sosial
Yaşıllıqları məhv edənləri 8 ilədək həbs gözləyir - Təsdiqləndi
Milli Məclis yaşıllıqları məhv etmə və ya zədələməyə görə cərimələrin artırılmasını III oxunuşda təsdiqləyib.
Publika.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Təklif olunan dəyişikliyə əsasən, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə xeyli miqdarda (beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Bu əməllər külli miqdarda (iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni zamanda nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda (əlli min manatdan yuxarı olan məbləğ) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ildən dörd ilədək azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Layihəyə görə, yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində, ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Həmin əməllər külli miqdarda (iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə edilməklə və ya edilməməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni zamanda nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda (əlli min manatdan yuxarı olan məbləğ) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə altı ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Layihə səsverməyə qoyularaq son oxunuşda təsdiqlənib.
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop22 Aprel 17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz




















.png)














