Sosial
Qırğızıstanda Türk İrsi Mərkəzinin yeni konsepsiyası müzakirə olundu
19 oktyabr 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulovanın Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetinin rektoru Doqdurbek Çontoyev ilə görüş keçirilib.
Publika.az xəbər verir ki, görüşdə Fond ilə Universitet arasında strateji əməkdaşlığın prioritet istiqamətləri, birgə elmi-mədəni təşəbbüslərin və layihələrin həyata keçirilməsi perspektivləri ətraflı müzakirə olunub.
Səfər çərçivəsində Professor Aktotı Raimkulova Universitetin nəzdində fəaliyyət göstərən Türk İrsi Mərkəzinin yeni inkişaf konsepsiyası ilə yaxından tanış olub. Mərkəzin gələcək fəaliyyət planı, elmi-tədqiqat potensialının gücləndirilməsi və ümumtürk mədəni irsinin akademik səviyyədə tədqiqi və təbliği istiqamətində nəzərdə tutulan addımlar yüksək qiymətləndirilib.
Görüşün yekununda birgə təşəbbüslərin gerçəkləşməsinə verdiyi hərtərəfli dəstəyə və yaradılan səmərəli əməkdaşlıq mühitinə görə Universitet rəhbərliyinə dərin minnətdarlıq ifadə olunub, tərəfdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əminlik bildirilib.
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi


















.png)


















