Sosial
Azərbaycanlı xanım ABŞ-da diaspor təşkilatı yaratdı - FOTO
ABŞ-nin Kolorado ştatında yaşayan soydaşlarımız orada Azərbaycan icmasının ilk diaspor təşkilatını yaradıb.
Publika.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, "Koloradoda Azərbaycan Diasporu" adlanan təşkilatın təsisçisi və rəhbəri Nigar Şıxsəfiyevadır.
Təşkilatın məqsədi yerli Azərbaycan icmasının Amerika cəmiyyətində təmsilçiliyini artırmaq və bu missiyanı gələcək nəsillərə ötürməkdir.
Kolorado azərbaycanlılarının ABŞ-də yaşayan digər etnik qruplar, yerli icmalar və gənc nəsil arasında sıx əlaqələrin qurulması, habelə Azərbaycan dilinin və mədəniyyətinin təbliği də təşkilatın əsas hədəflərindəndir.
Qeyd edək ki, N.Şıxsəfiyeva bir müddət Ədliyyə Nazirliyində işləyib. O, nazirliyin mətbuat xidmətində çalışıb. Nazirlikdən ayrıldıqdan qısa müddət sonra isə fəaliyyətini Şuşa Şəhər Dövlət Qoruğu İdarəsində davam etdirib. Amma ailə həyatı qurması ilə əlaqədar ABŞ-a köçdüyü üçün öz ərizəsi ilə işdən çıxıb. N.Şıxsəfiyeva həmçinin hazırda "Baku TV"nin Amerikada xüsusi müxbiri vəzifəsində çalışır.
-
Sosial18:12Azərbaycanda 9 nəfər bu əməllərinə görə SAXLANILDI
-
İqtisadi gündəm17:59Azərbaycan İnvestisiya Holdinqi təmizlik işlərinə 200 min manat ayırdı
-
Səhiyyə17:4945 dəqiqə dayanan ürəyi işə salan həkim danışdı - VİDEO
-
Hadisə17:09Tiktoker Nahid Nəsirov saxlanıldı
-
İdman15:51Məşhur məşqçini Bakı küçəsində qəzaya görə döydülər
-
İdman14:53Arda ilə Haalandın bu görüntüsü gündəm oldu: Artıq dostdurlar
-
İqtisadi gündəm14:32Bu qurum üçün yeni inzibati bina tikiləcək
-
Magazin113:21Ağadadaş Ağayev Qurban Qurbanovdan inciyib: Onun toyunu mən aparmışam, amma...



































