Sosial
Anası şəhid oğlunun məzarı başında hansı sirri öyrənib? - VİDEO
"Baku" TV-də Vətən müharibəsi şəhidi Şahmar Səfərov haqqında reportaj yayımlanıb.
Publika.az xəbər verir ki, 44 günlük Vətən müharibəsi zamanı şəhid olan leytenant Şahmar Səfərov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Oğlu ilə bağlı xatirələrindən danışan Pakizə Səfərova bildirib ki, hərbçi olmaq Şahmarın çoxdankı arzusu olub:
"Oğlumun hərbçi olmasını istəmirdim. 8-ci sinifdən hərbiyə getmək istəyirdi, qoymadım. Daha sonra ali təhsilə yönləndirməyə çalışdım, amma istəmədi. Şahmar öz qərarında duran uşaq idi, onu fikrindən döndərə bilməzdim".
Pakizə Səfərova oğlunun şəhid xəbərini necə almasından danışıb:
"Müharibənin başlamasından xəbərim yox idi, yas yerində öyrəndim. Özümü narahat hiss etdim, tez durub evə getdim. Televizorda torpaqlarımızın bir qisminin azad edildiyini və şəhidlərimizin olduğunu eşitdim. Heç düşünmədim ki, Şahmar da o şəhidlərin sırasında olar. O ki hərbinin sirlərini bilir. Baldızlarım bizə gəlmişdi, dedim "niyə gəlmisiniz? Şahmar şəhid olub?". Dedilər "hə". Bunu eşidəndə elə bil ki, məni ildırım vurdu".
Şəhid anasının sözlərinə görə, oğlunun sevdiyi qız var idi:
"Fəxri xiyabanda bir qadın mənə yaxınlaşdı. Dedi ki, bir qızı Şahmarın məzarının önündə ağlayan zaman görüb. Qızdan soruşub "bu şəhidin nəyisən?". Qız Naxçıvandan gəldiyini və Şahmarın sevgilisi olduğunu deyib. Oğlum ona üzük alıbmış. Sevgilisi üzüyü çıxarıb torpağa basdırmaq istəyib. Deyib "özü yoxdur, üzüyü niyə saxlayım?". Qadın mane olmağa çalışıb. İndi qızın həmin üzüyü saxlayıb-saxlamadığını bilmirəm".
Ətraflı reportajda:
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı






.jpg)




























.jpg)
.jpg)
