Nida Təhlil
Azərbaycandan İrana CAVAB: Təhsil sistemimizə müdaxilə yolverilməzdir
İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın azərbaycanlı qızları İrana təhsil almağa dəvət etməsi Azərbaycanda müzakirələrə səbəb olub. Rəsmi Bakı bu müraciətə etirazını bildirərək Azərbaycanın dünyəvi təhsil sisteminə müdaxilə cəhdlərini qəbuledilməz hesab edib.
Publika.az xəbər verir ki, Milli Məclisin deputatı Aydın Mirzəzadə məsələ ilə bağlı açıqlamasında İran rəsmisinin müraciətinin suallar doğurduğunu bildirdi.
Deputat qeyd etdi ki, heç bir ölkənin Azərbaycan gənclərini özünün ali və orta məktəblərində təhsil almağa dəvət etməsinə ehtiyac yoxdur:
“Azərbaycan müasir tələblərə uyğun təhsil sistemi qurub. Gənclərimiz dünyəvi təhsil alaraq həm Azərbaycanın, həm də dünyanın ən aparıcı universitetlərində təhsil alırlar. Bu gün dünya universitetlərində dərs deyən azərbaycanlı professorların sayı da kifayət qədərdir. İranın təhsil nazirinin azərbaycanlı şagirdləri öz ölkəsinə dəvət etməsi isə müəyyən suallar doğurur”.
Aydın Mirzəzadə dəvətin məqsədinə və şagirdlərin İranda hansı şəraitdə təhsil alacağına aydınlıq gətirilməsinin vacibliyini vurğuladı:
“Birincisi, onlar orada hansı dildə təhsil alacaqlar? İkincisi, onları ailələrindən ayırmağın məqsədi nədir? Üçüncüsü, İranın təhsil sistemi Azərbaycan təhsil sisteminə nə dərəcədə uyğun gəlir?”
Millət vəkili hesab edir ki, bu cür bəyanatlar Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, Azərbaycan öz daxili məsələlərini müstəqil şəkildə həll etmək iqtidarındadır və digər dövlətlərdən də ölkənin suverenliyinə hörmətlə yanaşmaq gözlənilir.
Müəllif: Adəm Abbaslı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?





















.jpg)















