Sosial
Qoşulma tarifləri əhalinin su təchizatının daha keyfiyyətli təminatına təkan olacaq
Azərbaycanda iqtisadi, siyasi, sosial və digər sahələrdə hər il müxtəlif tənzimlənmələr müəyyənləşdirilir və islahatlar keçirilir. Bu baxımdan Azərbaycanda su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətləri üzrə ilk dəfə dövlət tərəfindən tariflər müəyyən edilib.
Publika.az xəbər verir ki, bu addım, bu sahədə işlərin indiyədək pərakəndə şəkildə və qeyri-birxətli məbləğlərlə həyata keçirilməsinə son qoyaraq xidmətlərin daha şəffaf və nizamlı şəkildə təşkil edilməsini təmin etməyə yönəlib.
İqtisadçı ekspert Samir Heydərov bu barədə bildirib ki, prezident İlham Əliyevin iqtisadi siyasətinin davamı olaraq bir sıra kommunal xidmətlərin tarifləri və sistemə qoşulma qaydaları müəyyənləşib: “Bu sahədə qaydaların müəyyənləşməsi xidmətlərin keyfiyyətinin artırılmasına və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edir. Tarif Şurasının iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilirdi. Su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli,həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiq olunub. Bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə, eyni zamanda pərakəndəliyin aradan qaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq”.

-
Dünya06:1610 yaşlı qız NASA-dan elə bir şey istədi ki... - Foto
-
Elm və təhsil03:18Nazirdən imtahanlarda sual hazırlayanlara müraciət
-
Qoroskop01:40Günün ulduz falı: Güclü emosiyalar sizi sarsıda bilər...
-
Dünya00:45“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı - Foto
-
Nəqliyyat10 Aprel 22:48Bakının mərkəzi ərazilərində yenilik tətbiq ediləcək - Video
-
Magazin110 Aprel 20:36"Nikosayağı" aylar sonra göründü: qardaşının toyunda - Video
-
Dünya10 Aprel 19:50Ukrayna Xəzərdə neft platformalarını vurdu
-
Nəqliyyat10 Aprel 19:30Taksilərlə bağlı qaydalar dəyişdi? - AYNA-dan açıqlama






































