Sosial
Fikrət Əmirovun “Min bir gecə” baleti ilk dəfə Oman səhnəsində nümayiş olundu - FOTO
6-7 fevral tarixlərində Omanın Məsqət Kral Opera Teatrında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş etdirilib.
Publika.az xəbər verir ki, həmyerlimiz, görkəmli baletmeyster Eldar Əliyevin quruluş verdiyi səhnə əsəri omanlı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Rusiyanın Mariinski Teatrı Primorsk səhnəsinin balet truppası, bu teatrın simfonik orkestri və xoru çıxış edib.
Qeyd edək ki, bu, Azərbaycan baletinin Məsqətdəki Kral Teatrının divarları arasında ilk tamaşası idi. Onu da bildirək ki, “Min bir gecə” baletinin yeni quruluşu 2025-ci ilin əvvəlində Rusiyanın teatr əsərlərinin “Qızıl fond”u müsabiqəsində ölkənin 300 ən yaxşı tamaşası sırasına daxil edilib. Primorsk səhnəsinin (Vladivostok) balet truppası baleti Yaxın Şərqdə ilk dəfə 2023-cü ilin dekabrında Qətərin paytaxtı Dohada təqdim edib.
Tamaşada soprano partiyası Samirə Qalimova və Anastasiya Kikot tərəfindən böyük ilhamla ifa olunub. Ramin Əzimov və Nadejda Medvedeva Azərbaycanın milli aləti tarda məharətlə ifa ediblər.
Tamaşadan sonra Oman Kral Opera Teatrının baş direktoru Umberto Fanni, Azərbaycan Respublikasının Omandakı səfiri Rəşad İsmayılov, məşhur italyan prodüseri Roberto Giavinardi azərbaycanlı dirijoru və baletin bütün iştirakçılarını uğurlu ifa münasibətilə təbrik ediblər.
















-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı
-
İqtisadi gündəm09:25Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…
-
Magazin206:16"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO







.jpg)





.jpg)


















